SON DƏQİQƏ
» » Cəbhədə son vəziyyət: Atəşkəs rejimi 123 dəfə pozulub

Cəbhədə son vəziyyət: Atəşkəs rejimi 123 dəfə pozulub

Tarix:

5-04-2017, 09:45

/ 2 699 dəfə oxundu.
Cəbhədə son vəziyyət: Atəşkəs rejimi 123 dəfə pozulub

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində snayper tüfənglərindən də istifadə etməklə sutka ərzində atəşkəs rejimini 123 dəfə pozub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Gunaz.az-a verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Voskevan, İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Bala Cəfərli kəndlərində, Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Qaraxanbəyli, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Ağdam, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ