SON DƏQİQƏ

Kamil məmur

Tarix:22-04-2021, 15:32 Oxunub:4 714

 Ədib İSAQOĞLU

Bir gün Bəhlul Danəndədən soruşurlar.

- Heç evlənmək haqqında düşünürsən?

Bəhlul cavab verir:

- Mən həm kamil, həm də gözəl qızla evlənmək istəyirəm. Dəməşqdə birini gördüm gözəl idi, ancaq kamil deyildi. İsfahanda birini gördüm kamil idi, ancaq gözəl deyildi. Qahirədə gördüyüm, həm gözəl idi, həm də kamil.

- Bəs niyə evlənmədin?

- O da kamil ər axtarırdı - deyir.

Ay gözə görünməz, ay yerin-göyün sahibi, bəс bizə yazığın heç gəlmir? Niyə bizə bu qədər qəzəblənibsən, niyə bizi Bəhlul kimiləriynən sınağa çəkirsən? Оnu deyirəm ey, nəyidi adı axı, "bıvşiy" deputatıydı? Nə isə adını özünüz taparsınız, məhşur adamdı. Deyirmiş ki, Şuşaya, Kəlbəcərə giriş pulnan olsun. Doğma Qarabağımıza, pullu giriş məsələsinə, rəhmətlik Behbud əmim demişkən "müdaxılım" yoxdur ey, "müdaxılım" onadır ki, görəsən bu yaraşıqlı deputat oğlan, pullu giriş arzuladığı Qarabağımızı azad edən igidlərimizdən niyə danışmır? Niyə o, torpaqlar uğrunda şəhid olan igidlərimizi yada salmır? Axı o, tanınmış adamdır, iti qələmi, yaxşı da nitqi var. Orxan Fikrətoğlunu da qəşəngcənə təqlid edirdi. Yəqin yenidən deputat olmaq üçün çaba göstərir. Hələ yaxşı ki, deməyib, Qarabağı azad edən əsgərlər iki qat, hal-hazırda xidmət edənlər isə, üç qat pul ödəsin. İşdi əgər mən yadına saldıqlarımı da təklif etsə, adam yerdən-göyə qədər «haqlıdır». Əsgər nədir, «İsti su»da çimdi nədir? Əsgərin işi, vətəni işğalçılardan təmizləyib, belə qaragöz məmurlara təhvil verib, özüdə оnun maaşının 10-dan bir hissəsi ilə yaşamaqdır. Di Ulu Tanrı sizi qorusun igid əsgərlərimiz, gedin xidmətinizi edin. Bizdə gözləyək görək, sizi müdafiə edəcək həm gözəl, həm də kamil olan keçmiş deputat çıxacaq, ortaya?

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<