SON DƏQİQƏ

Bu ərazilər işğaldan azad edildi - ADLAR

Tarix:

27-09-2020, 14:39

/ 6 563 dəfə oxundu.
Bu ərazilər işğaldan azad edildi - ADLAR

"Azərbaycan Odusunun uğurlu əməliyyatı nəticəsində bir sıra kəndlərimiz işğaldan azad edilib".

GunAz.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O bildirib ki, Azərbaycan Ordusunun keçirdiyi uğurlu məliyyat nəticəsində uzun illərdir işğal altında olan bir sıra kəndlərimiz, vacib yüksəkliklər və strateji yerlər azad edilib:

"Hazırkı məlumata görə, əməliyyatlar nəticəsində Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Abdulrəhmanlı, Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

Bundan əlavə, Ağdərə rayonu istiqamətində Murav dağı istiqamətində yerləşən düşmən postları darmadağın edilərək bir sıra vacib yüksəkliklər nəzarətə götürülüb.

Döyüş əməliyyatları davam edir və sizi əmin edirəm ki, bundan sonra da sizi sevindirəcəyik!!!"


скачать dle 12.1

Şərhlər