SON DƏQİQƏ
» » Aidiyyatı qurumlar Prezidentin mesajından ciddi nəticə çıxarmalıdır

Aidiyyatı qurumlar Prezidentin mesajından ciddi nəticə çıxarmalıdır

Tarix:

28-08-2020, 12:32

/ 3 586 dəfə oxundu.
Aidiyyatı qurumlar Prezidentin mesajından ciddi nəticə çıxarmalıdır


 

Partiya sədri: «Biz sıravi vətəndaş olaraq gözləyirik, ancaq "aidiyyatı qurumlar" Azərbaycanın tərəqqisi naminə gözləməməlidirlər»

 

«İqtisadi inkişafın dövlət səviyyəsində dəstəklənməsi, bu sahədə həyata keçirilən tədbirlər koronavirus pandemiyasının ölkəmizin iqtisadi inkişafına mənfi təsirlərini minimuma endirməyə imkan versə də, təəssüf ki, onları təmamilə aradan qaldırmaq hələlik mümkün olmamışdır». BunuTəkamül Partiyasının sədri Teyyub Qənioğlu «Azad Azərbaycan»qəzetinə açıqlamasında bildirib.

Onun sözlərinə görə, pandemiyanın nə vaxt yox olacağını proqnozlaşdırmaq mümkün olmasa da, onun da aradan qalxacağı şübhəsizdir. Ancaq iqtisadi inkişafın dəstəklənmsi üçün pandemiyanın aradan qalxacağı zamanı gözləməməliyik. Bu sahədə həyata keçirilməsi vacib olan tədbirləri pandemiya şəraitinə uyğunlaşdırmalıyıq.

Partiya sədri qeyd edib ki,Azərbaycanın iqtisadi inkişafında regional disproporsiyalar mövcuddur və aparılan iqtisadi islahatlara, regionların inkişafı üçün bir sıra Dövlət Proqramlarının həyata keçirilməsinə baxmayaraq, bunları aradan qaldırmaq mümkün olmamışdır: «Bunun bir sıra obyektiv və subyektiv səbəbləri var. Bunlardan biri də Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarında əsas diqqətin infrastruktur layihələrinin həyata keçirilməsinə istiqamətləndirilməsidir. Təbbi ki, bu tip layihələrin reallaşdırılması önəmli məsələlərdən biridir. Ancaq regionlarda yerli şərait, təbii sərətlərin mövcudluğu, əmək ehtiyatlarının sayı və s. nəzərə alınmaqla əsas diqqətin istehsal sahələrinə yönəldilməsi, fikrimizcə, daha məqsədəuyğun olardı».

T.Qənioğlu bildirib ki, bazar iqtisadiyyatı şəraitində ölkənin iqtisadi inkişafında əsas rol sahibkarlıq strukturlarına məxsusdur: «Təqdirəlayiq haldır ki, sahibkarlığın inkişafı üçün Azərbaycanda müvafiq normativ-hüquqi baza yaradılmışdır. Ancaq real iqtisadi mühit, həyata keçirilən maliyyə-kredit siyasəti, xüsusilə də, sahibkarlıq fəaliyyətinə qanundan kənar müdaxilələr, müxtəlif adlar altında sahibkarlardan "yığımlar", mülkiyyət hüququnun qorunması sahəsindəki boşluqlar Azərbaycanda sahibkarlığın inkişafında əsas maneələrə çevrilmişdir. Bunların səbəbindəndir ki, Azərbaycanda biznesin inkişafı üçün perspektiv görməyən biznesmenlər öz sərmayələrini ölkədən çıxarmağa üstünlük verirlər. KİV-də yayılan məlumatlara görə Azərbaycan əsilli biznesmenlər Rusiyanın, Türkiyənin, Ukraynanın, Gürcüstanın, bir sıra Avropa ölkələrinin iqtisadiyyatına milyardlarla dollar məbləğində vəsait yatırmışlar və bu ölkələrin iqtisadi inkişafında önəmli paya malikdirlər».

T.Qənioğlu avqustun 24-də Faiq Qürbətovu Biləsuvar Rayon İcra Hakimiyyətinin, Elmir Bağırovu isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar Prezident İlham Əliyevin videoformatda çıxışını nəzərə çatdıraraq bildirib ki,artıq ölkə Prezidenti də bunun fərqindədir. Prezident qeyd etdi ki, «indiki şəraitdə böyük vəsaiti xarici ölkələrə qoymaq düzgün olmaz. İndiki şəraitdə hesab edirəm ki, bu, dözülməzdir və əlbəttə, biz bunu hansısa qanuni yollarla qadağan edə bilmərik və belə bir fikrimiz də yoxdur. Ancaq nəzarət edə bilərik və Azərbaycanın aidiyyəti qurumları buna gərək çox ciddi fikir versinlər». Dövlət başçısı əlavə etdi ki, bu sözlərdən sonra ölkə iqtisadiyyatına, o cümlədən regionlara özəl sektor tərəfindən daha böyük həcmdə investisiya qoyulacaq. İnanmasaq da gözləyirik və ümidvarıq ki, aidiyyatı qurumlar Prezidentin bu sözlərindən lazımi nəticə çıxaracaqlar. Biz sıravi vətəndaşlar olaraq gözləyirik. Ancaq "aidiyyatı qurumlar" Azərbaycanın tərəqqisi naminə gözləməməlidirlər. Onlar qanunların aliliyinin təmin edilməsində, müxtəlif səpkili pozuntuların qarşısının alınmasında təxirəsalınmaz tədbirlər həyata keçirməlidirlər».

 

Bilman İSAQ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ