SON DƏQİQƏ

Haqqın ,,Susmaram,, deyən səsi

Tarix:

29-04-2020, 17:43

/ 4 153 dəfə oxundu.
Haqqın ,,Susmaram,, deyən səsi

Rus imperiyasının qurbanı olan Türk Dünyasının dahi yazarı, böyük mütəfəkkirimiz Əhməd Cavad (Axundzadə )  28 aprel 1920- ci ildə şahidi olduğu o dəhşətli soyqırımı, vandallığı ,, Susmaram,, adlı şerində aydın şəkildə göstərmiş, yüz il bundan öncəki Azərbaycanın işğal günlərinə ışıq tutmuşdur.

Susmaram!


Mən bir qulam, yük altında
         əzilmişəm, qardaşım,
Sevinc bilməz bir məhkumam,
         ahu-zardır sirdaşım...

Damğa vurub, zəncirləyib
         tullamışlar zindana,
Qarlı-buzlu cəhənnəmlər
         məskən olmuşdur mana...

Mənə «dinmə, sus!» - deyirsən,
         nə vaxtacan susacam?
Böhranların, hicranların
         məhbəsində qalacam?!

Niyə susum, danışmayım,                                                                         
         insanlıqda payım var,
Mənim ana Vətənimdir
         talan olan bu diyar?!

Niyə susum, danışmayım,
         türk yurdudur bu torpaq?!
Oğuzların, Elxanların
         Vətənində kimdir bax!

Susmayacam!!! Qoy atsınlar
         yük altında ölüncə
Təhqirlərə dözə-dözə
         düşmən mənə gülüncə...

Süd verərkən doğma anam
         belə demişdir mənə:
Səni qurban bəsləyirəm
         türk yurduna-- Vətənə!

Bu dünyada azadlığı
         şan-şöhrətdən üstün tut,
Alçaqlığı, yaltaqlığı,
         rəzilliyi sən unut!

Sənin sevgin Vətən olsun,
         millət olsun, mən olum,
Südüm sənə haram olsun
         xəyanət etsən, oğlum!

Necə susum, danışmayım,
         mən eləyim xəyanət?
Hanı sevgi, hanı Vətən,
         di harada qaldı millət?!

Mən bir qulam, yerim altun,
         suyum gümüş, özüm ac...
Atam məhkum, anam salih,
         elim hər şeyə möhtac!

Dil yaranıb danışmağa
         mən danışa bilmirəm,
Aç qəlbimi, yar sinəmi
         ciyər vərəmdir-vərəm...

Koramal tək sürünməkdə
         denən varmıdır məna?
Nə vaxtacan çörək üçün
         girək hər alçaq dona?

Mən Oğuzun  övladıyam,
         dərin əqlim, zəkam var,
Nə vaxtacan çiynimizdə
         gəzəcəkdir yağılar?

Nə qədər ki, hakimlik var,
         məhkumluq var, mən varam!
Zülmə qarşı üsyankaram,
         əzilsəm də SUSMARAM.скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ