SON DƏQİQƏ

İstiqlal şairi Əhməd Cavad - 125

Tarix:

5-05-2017, 12:37

/ 6 143 dəfə oxundu.
İstiqlal şairi Əhməd Cavad - 125

Görkəmli Azərbaycan şairi Əhməd Cavadın doğum günüdür.
  Əhməd Cavad 1892-ci ildə Gəncə qəzasının Şəmkir dairəsinin Seyfəli kəndində anadan olub. Gəncə ruhani seminariyasında, Azərbaycan Ali Pedaqoji İnstitutunun tarix və filologiya fakültəsində təhsil alıb.
Quba Xalq Maarif Şöbəsinin müdiri, Gəncədə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda Azərbaycan və rus dilləri kafedrasında müəllim, dosent, kafedra müdiri, Azərbaycan Dövlət Nəşriyyatının Tərcümə şöbəsində redaktor, "Azərbaycanfilm" studiyasında sənədli filmlər şöbəsinin müdiri işləyib.
Şeirləri 1913-cü ildən çap edilməyə başlayıb. Yaradıcılığa lirik şeirlə başlayan şairin 1916-cı ildə "Qoşma" adlı ilk kitabı çapdan çıxıb. Onun məşhur "İstiqlal uğrunda şeirlər" kitabı isə 1928-ci ildə İstanbulda buraxılıb.
Azərbaycanı müstəqil, doğma xalqını xoşbəxt görmək istəyən Əhməd Cavad haqsız olaraq həbs edilib, dəhşətli işgəncələrə məruz qalıb, 1937-ci il cəza tədbirlərinin qurbanı olub.

 

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ