SON DƏQİQƏ

Dilim-dilim ol da, səni , ay dilim.

Tarix:

2-03-2026, 23:48

/ 3 204 dəfə oxundu.
Dilim-dilim ol da, səni , ay dilim.

Nanəcib dost tutdu,sənisə düşman,
Dilim dilim ol da, səni , ay dilim ,
Neynəyirdin haqq-ədalət axdarıb,
Dilim-dilim ol da ,səni , ay dilim.


Ağa, ağdı deyib, günahı yığdın,
Fəğirə əl tutub,üsyana qalxdın,
Boza ağ demədin, evimi yıxdın,
Dilim -dilim ol da ,səni , ay dilim.

Kasıbın evində ocaq qaladın,
Varlıdan yoxsula çapıb apardın,
Dinc qalmadın,namərdləri daladın,
Dilim-dilim ol da , səni , ay dilim.

Bir nəğmə qoşmadın alın yazıma,
Kül ələdin düz sözünlə başıma,
Üzündən bir kimsə çıxmır qarşıma,
Dilim-dilim ol da,səni , ay dilim .

Nə dosta güvəndin,nədə qardaşa,
Tüntləşıb güc vurdun ən ağır daşa,
Nə biləydin söz yapışmaz kal başa,
Dilim-dilim ol da ,səni , ay dilim.

Novruza gor qazdın odun içində,
Yaram sızıldayır qorun içində,
İndi göynəyirsən torun içində,
Dilim-dilim ol da ,səni , ay dilim .

Yoxdu          
Mənim işim haqqilədi,
Fitnəkarla aram yoxdu,
Yalan söz gəlməz dilimə,
Saxtakarla aram yoxdu.

Kişi gərək düz danışsın,
Öz yükün ,özü  daşısın,
Ölənəcən mərd yaşasın,
Namərdlərlə aram yoxdu.

Aşıq Novruz sıx səbrini ,
Unut getsin dərd ,sərini,
 Soymazlar qorxma dərini,
Yaltaq  ilə  aram   yoxdu.

Aşıq Novruz Qazaxlı 
25 02 2023 :
скачать dle 12.1

Şərhlər