SON DƏQİQƏ

Müdhiş gecənin QƏTLİAMI

Tarix:

20-01-2026, 09:59

/ 3 328 dəfə oxundu.
Müdhiş gecənin QƏTLİAMI

Qanlı 20 Yanvar - hüznümüzlə yanaşı, qürur tariximizdir... Şəhidlərimizin qutsal xatirəsini ehtiramla yad edirik!    

Qara Yanvar qətlə qərar,
Müdhiş gecə axdı qanlar.
Torpağının yarasına
Şəhid qanı məlhəm olar.

Qəltan etdi qədim yurdu
Qızıl qana “Qızııl Ordu”.
Qatlamadı qamətini
Azərbaycan! Mətin durdu.


Qanlı Yanvar qan yaddaşı,
Xeyirlə şər qarşı-qarşı.
Bakı oldu gülləbaran,
Qan ağladı torpaq, daşı...

Qara Yanvar zülmün rəngi,
Qan qoxuyan top-tüfəngi...
Əliyalın bir millətin
Hürr yolunda məslək cəngi!    

    
Tapdıq ƏLİBƏYLİ

скачать dle 12.1

Şərhlər