![Alimin müğənnin maşınına " çest"i](/uploads/posts/2024-12/medium/1733597830_ofwzb8bywkggh43zd0gzmkre7hf6bhci.jpg)
Sadiq QARAYEV
Alim, yazıçı dəyər yaradır onun müəllifi olur. Heç kim onun əlindən bu dəyərləri ala bilməz. Heç tarix özü ala bilməz. Nizaminin əlindən " Sirlər xəzinəsini" kim alar, onu o möhtəşəm taxtdan düşürə bilər?
Sən nazirsən, deputatsan və s. Bunları sənin adından çıxaranda yerdə nə qalır?
O vaxt əslində sənə yox, kresloya pula hörmət qoyulur. Kreslo diyirləndi getdi, oturursan kətildə. Qiymətin , hörmətin düşür.
Əslində qanan adam üçün bu dəhşətdir, demə sən neçə vaxtdır bir əşyaya, kağıza görə adam yerinə qoyurmuşlar. Adama cəhənnəm heç olmasa başqa adama görə hörmət qoyarlar, bir otağa, masaya, stula görə hörmət -izzət, yalançı gülüş verələr sənə... Müsibətdir da...
Hələ ürəklərindəki sözləri biləsən...
Amma dəyər yaratmısansa ağlına , kəllə smüyünün içindəki beyninə, yəni sənə hörmət qoyurlar..
Bu o demək deyil ki, vəzifəli şəxslərin fəaliyyəti, özü mütləq dəyərsiz olur.
Əlindəki səlahiyyətlərdən istifadə edib o dünyaya götürə biləcəyin yaxşılıqlar, insanlar üçün, dövlətin üçün yadda qalan, işə yarayan əməllərdən dəyər yarada bilərsən. Və buna görə sənə hörmət qoyular, dualar qazanarsan.
Bütün bura qədər yazdıqlarım nəzəri baxımdan belədir.
Reallıqda isə birazdan alimlər və yazıçılar, dəyər yaradan adamlar oxuyan, oynayan, vəzifəli, oğru-doğru şəxslərin maşınlarını görəndə " çest" verəcəklər, farağat duracaqlar.
Çoox bədheybət, şələşappan, xofasalan maşınları var ee...
Şıq-şıq geyimləri, eşəkkarısı rəngində qalustuklarından qorxmamaq üçün gərək Tumar pəhləvan olasan,
ayı boyda " Cipləri" yağış yağanda üstünə palçıq sıçratmasın deyə Hüseyin Bolt olasan, qaçıb özünü avtobusa, ya da elə- belə"Bolta" atasan.
Mən bütün bunları tam səmimi deyim ki, özüm üçün demirəm. Özümü uzağı bir- iki % alim, neş- on % yazıçı hesab edə bilərəm.
Amma ölkədə həqiqi alimlər, yazıçılar, şairlər, ziyalı ola biləcək insanlar var.
Onları ağlamaq üçün tekstil fabriki lazımdır.
Dediklərimin mahiyyəti həqiqətdir.
Hökumət, qanunverici orqan ciddi və real addımlar atmalıdır.
Heç vaxt imkan vermək olmaz ki, ziyalı müğənnin maşınına " çest" versin.