SON DƏQİQƏ

Məhəbbətin sirri

Tarix:

14-07-2023, 16:47

/ 4 319 dəfə oxundu.
Məhəbbətin sirri

Günel Əhmədqızı

Məhəbbət – hələ də tam dəqiqliyi ilə açılmayan qapalı bir sirdir. Əslində dünya elə məhəbbət üzərində bərqərar olub. Dahi şair M.Füzuli “Eşqsiz ey dünya nədir dəyərin?” söyləyərkən elə buna işarə etmişdir. Bəs niyə hər kəsin sevgiyə hamının ehtiyacı olduğu təqdirdə, məhəbbətin sirrini hələ də açan olmayıb? Sevgi özündə 3 komponent birləşdirir. Dostluq, cinsi və seksual istək. Sevgi əlçatmaz olanda, daha güclü olur. Məsələn, gözəl qadını görürsən, sevirsən ailə qurursan və bir müddətdən sonra bu sevgi adi bir hala çevrilir. Başlayırlar bir-birinə xəyanət etməyə. Ən çox xəyanətə qadınlar meylli olur. Lakin bir də görürsən ki, gözəl arvadı olan kişi eybəcər bir qadınla yoldaşına xəyanət edir. Məlum olur ki, bu sevgi deyil. Əgər qadın ərindən başqa heç kimin xoşuna gəlmirsə, onda kişinin daxilində arxayınçılıq yaranır. Bu arxayınçılıgın nəticəsində sevgi də, ehtiras da tükənməyə başlayır. Gərək kişi sevdiyi qadının həm sadiqliyinə əmin olsun, eyni zamanda bilsin ki, hər an onun rəqibi ola bilər.
Bu zaman sevginin möhkəm və ehtirasın sönməz olması vurğulandı. İnsan hər bir yaşda müxtəlif cür sevir. Qadınlar həmişə onları sevməyən kişilərin arxasınca gedir. Qadınla kişi arasındakı ehtirasın qadının müxtəlif ətirlər, zinət əşyaları, geyimlər, davranışlar, seksual hərəkətləri məhəbbətə çevrilə bilər.
Mən sevginin itməsinin günahını bəzən qadınlarda görürəm. Sevgi qarşılıqlı hörmət əsasında möhkəmlənir. Birinci növbədə iki insanın eyni düşüncəli olması onlar arasında dostluq kimi dəyəndirilə bilər. Bu dostluq əkscinsli nümayəndələr arasında yaranarsa, bunun sonradan məhəbbətə çevrilməsi istisna edilmir. Sevginin təzahürlərindən biri də əkscinslər arasında ehtirasın yaranmasıdır ki, bu hissiyat onları birləşdirə və bir-birinə alışdıra bilər. Sevginin ən vacib elementlərindən biri də hörmət və inamdır ki, bu duyğular təklikdə mövcud ola bilməz. Yəni əgər kiməsə inanmırsansa, demək ona hörmət də etmirsən, özü-özlüyündə onun düzlüyünə şübhələrin var. Əsl sevgi bu ünsürlərin birlikdə cəmlənməsidir. Əgər eynifikirli qadın və kişi bir-birinə ehtiraslıdırlarsa, eyni zamanda onlar arasında qarşılıqlı inam, hörmət varsa, demək bu əsl məhəbbətdir. Məhəbbətin su ilə yağın qarışdığı zaman ölməz olacağını deyiblər. Və bir də məhəbbətsiz yaşayan insanlar ruhi cəhətdən saglam olmurlar. Sevgi insanda əminlik və yaşamaq həvəsi yaradır. İntiharların çoxu məhəbbət baxımından sarsılan insanlar tərəfindən edilir. Bəzən məhəbbəti puç olan qadın, yaxud kişilər aqressiv və qəddar insana çevrilir. Bu zaman insan psixoloji sarsıntılara məruz qalır. Onlarda nifrət və ətrafındakılara inamsızlıq yaranır. Belə xəstələrin dərmanı yalnız təzə məhəbbətdə görülür. İnsan həyatda istədiyinə nail ola bilər. Buna onun savadı, biliyi, pulu və digər üstünlükləri kömək edər. Lakin insan xoşbəxtliyə yalnız əsl sevgiyə sahib olandan sonra nail ola bilər. Hansı ki, hələ də nə alim savadı, nə də Məcnun məhəbbəti ülvi sevginin sirrini aça bilməyib.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ