SON DƏQİQƏ

Azərbaycanda yeni TEATR YARADILDI-"ALTAİ"

Tarix:

9-04-2024, 18:38

/ 5 191 dəfə oxundu.
Azərbaycanda yeni TEATR YARADILDI-"ALTAİ"

Naxçıvan Muxtar Respublikasında yeni “Altai” teatrı fəaliyyətə başlayacaq
Naxçıvan Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, zəngin teatr ənənələrinə malik muxtar respublikada yeni teatr yaratmaq təşəbbüsü Azərbaycan Respublikasının Əməkdar artisti, Naxçıvan Dövlət Uşaq Teatrının quruluşçu rejissoru Nurbəniz Niftəliyeva tərəfindən irəli sürülüb.
İlk dəfə olaraq gənc yazar və aktyor Rza Zeynalovun "Xəyanət" əsəri ilə tamaşaçıların görüşünə gələn teatrın yaradıcı heyəti hazırda hazırlıq məşqlərini davam etdirir.
Tamaşanın quruluşçu rəssamı Azərbaycanın Əməkdar artisti Behruz Haxverdiyev, musiqi tərtibatı Cabir Əsədov, rejissor assistenti Ayhan Hacıyev, teatrın meneceri Gülay Ağazadədir.
Səhnə əsərinin 5 may tarixdə nümayişi nəzərdə tutulub.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ