SON DƏQİQƏ

OLAR (M.Ə.Sabirə)

Tarix:

23-03-2024, 08:32

/ 4 173 dəfə oxundu.
OLAR      (M.Ə.Sabirə)

Həsənəli EYVAZLI
Filologiya üzrə fəlsəfə doktoru, dosent,
Naxçıvan MR-in Əməkdar Mədəniyyət işçisi,
Prezident mükafatçısı,  Şair- dramaturq                                
   AY VƏTƏN, GÖZÜN AYDIN!
Ay Vətən, gözün aydın!
Böyük qələbə çaldın.
Dünya gözü önündə
Zəfər çələngin aldın.
Sənin cəsarətinlə,
Sənin mətanətinlə,
Otuz il əsarətdə,
Qalan torpağım azad.
Meşəm, dağlarım azad,
Solmuş yarpağım azad.
Kəlbəcərim, Laçınım,
Xocalım, Xocavəndim,
Şuşam, Xankəndim azad.
Bütöv Vətənim azad.
Bu ellər, bu obalar,
Yaşıl xalı səribdi
Yollarımın üstünə.
Götürmək istəyirəm 
Bu gözəllik tacını-
Doğma Qarabağımı
qollarimin üstünə.
Gör necə bəxtəvərəm,
Üzərində gəzdiyim
Torpaq gülür üzümə.
Budaqlardan sallanan
Yarpaq gülür üzümə.
Qarabağ, gözün aydın
Görüşünə gələnlər,
Sinənə sığmır sənin.
Otuz illik həsrətkeş,
Övladısan vətənin.
Şəhid qanı qarışan,
Ey müqəddəs torpağım,
Sən ey aranım, dağım.
Dağılmış şəhərlərin,
Kəndin yenə qurulur.
Görüşünə gələnlər
Baxaraq bu büsata,
Gözəlliyə vurulur.
Övladların yenidən 
Qayıdır, ocağına,
Şənlik səsi yayılır
Azadlığa qovuşmuş,
Bu gün hər bucağına!
Bu gün hər bucağına!
                                         YÜRÜ ƏSGƏRİM, YÜRÜ!
Son döyüş də, zəfər də
Sənin əllərindədir.
Yürü əsgərim, yürü!
Gözümüz bu gün yenə,
Qarabağ elindədir,
Yürü əsgərim, yürü!
Xocalını da aldın,
Xocavəndi də aldın.
Düşmənlər görcək səni,
Xofa düşüb qaçır ha...,
Xankəndi qapıların
Səni görcək açır ha...,
Yürü əsgərim, yürü!
Düşmənlər yenə gördü,
Bu gün sənin gücünü.
90-larda tökülən,
Neçə nahaq qanların,
Bu gün aldın öcünü.
Yürü əsgərim, yürü!
Bakı, Gəncə, Naxçıvan,
Quba, Xaçmaz, Lənkəran,
Sənə alqış göndərir.
Tanrı bu haqq işinlə,
Qoluna qüvvət verir.
Yürü əsgərim, yürü!
Dünya sənin gücünə,
Baxıb həsəd aparır.
Yürü əsgərim, yürü!
Yürü əsgərim, yürü!
                                  HAMI EHTIRAMLA BAŞ ƏYİR SƏNƏ
          (Hüseyn Cavidin məqbərəsi 
önündə düşüncələr…)
Sınmadın, sındırmaq istəyənlərə,
Dəyanətin artdı birə-min qədər.
Yazdın gecə-gündüz neçə əsərlər,
Çalışdın, ömrünü vermədin hədər.
Yazdın «Səyavuş»u, yazdın «Şeyda»nı,
Yazdın «Peyğəmbər»i, peyğəmbər kimi.
Yazdın «Atilla»nı, ulu «Çingiz»i,
Ucaltdın göylərə böyük ər kimi.
«İblis»lə söylədin ürək sözünü,
Duydun gələcəyin min-bir şərini.
Qoydun ortalığa quyruq bulayan,
Neçə xainlərin əməllərini.
Yazdın min ağrıyla «Topal Teymur»u,
Acını şərbət tək içdin, doymadın.
Sultan Bəyazidin “Türk qılıncı”nı,
Məğlub tək torpağa düşə, qoymadın.
Ruhunla, canınla yazdın «Xəyyam»ı,
«Şeyx Sənan» bir eşqin məbədi oldu.
Yazdığın əsərlər səndən sonra da,
Solmadı, günəş tək əbədi oldu.
Düşmən məkrliydi, durdu üzünə,
Göndərdi «əbədi» gedər-gəlməzə.
Xalqın Böyük Oğlu qırx bir  il sonra,
Qaytarıb yenidən bəxş etdi bizə.
Ey böyük sənətkar, ey şair babam!
Qürur bəxş etmisən doğma elinə.
Adına ucalan məbəd önündə,
Hamı ehtiramla baş əyir sənə.
                
    OLAR
     (M.Ə.Sabirə)
Sabira, mən yazıram, demə ki, yamanlıq olar,
Hər dərdin dərmanını tapmaq, ta gümanlıq olar.
Hacı Səttar kişinin quzusunu kimsə yeməz,
Kasıbın bir qoyunu, təndirdə büryanlıq olar.
Bazarkom Tat Tağının oğlu dönüb şair olub,
Hər ayda beş kitabı yüz yerə ünvanlıq olar.
Qohumbazlığı görüb, Mirzə Səfər dördgöz olub,
Fikrindən üzülüb, daha yarımcanlıq olar.
Neçə alim-üləma yavan çörək dalındadır,
Varlının bir oğluna yüz “ayı” qurbanlıq olar.
Kasıbın yüz manatı bir aya “tütyə”yə dönər,
Varlının min manatı bircə restoranlıq olar.
Dağılıbdır zəmanə, yada salan yox imanı,
Gündə yüz ev yarılar, neçəsi zindanlıq olar.
Cibi boşdur Əlişin, evlənməyə yox madarı,
Onunçün hələ də subaylıq-sultanlıq olar.
Yeməyə “Şah” plovun, bəyənməyir cibgir Həsən, 
Çünki hər əvnəsi on cürə qazanlıq olar.
Qəbr evin olmasa da, Naxçıvanda namın var,
Sənin tək Şir kişidən, yazsalar dastanlıq olar.
Eyvazlı, ustadına min dəfə rəhmət diləsən azdı yenə
Onun hər bir kəlməsi, qanana mizanlıq oiar. 
          Qəriblik  dağlarin  qəddini  əyib
Ellər köç eyləyib, Göyçə boşalıb,
Ələsgər sazının sədası yoxdu.
Toy - düyün səsinə həsrətdi dağlar,
Nazlı sonaların ədası yoxdu.
Rəngi avazıyıb, başı ağarıb,
Qürbətdən boylanan qoca dağların.
Həsrətlə gözünü yollara tikən,
Suyu da azalıb buz bulaqların.
Gözəllər üzünə həsrət qalıbdı,
Güllü yamacların gözü yol çəkir.
Nisgil acısıyla göydə buludlar,
Saçını yolaraq göz yaşı tökür.
                        Qartallar qıy vurmur qaya başında
Dərəni bürüyüb tamam çən, duman.
Meşədə əzəmət timsalı olan,
Palıdın qəddi də əyilib yaman.
Sürü gözə dəymir örüş yerində,
Bozdar harda qalıb, Alabaş hanı?
Qulağı kar olub qoca dağların
Səssizlik bürüyüb tamam hər yanı.
Əyricə yaylağı yaman darıxıb,
  “Murad təpəsi”nin gözləri yolda.
  Bir kimsə yoxdur ki, dərdinə yana,
  Bir kimsə qalmayıb böyük mahalda.      
         ***
                            Kəlbəcərə yaz gəlıbdı, Ədalət
(Aşıq Ədalət Dəlidağlıya)
Əsən külək gül qoxusu gətirir,
Kəlbəcərə yaz kəlibdi, Ədalət.
Küləklərin gətirdiyi o pay nə?
Kəlbəcərə yaz kəlibdi, Ədalət.
Salvartıdan qürbət ellər görünür,
Kəlbəcərdən əsən yellər görünür.
Uca dağlar yaşıl dona bürünür,
Kəlbəcərə yaz kəlibdi, Ədalət.
Köç tutubdu yaylaq yolun, köçəmmir,
Yağı düşmən kəsib yolu, keçəmmir.
Biçənəyin kimsə gedib biçəmmir,
Kəlbəcərə yaz kəlibdi, Ədalət.
Eyvazlıyam, uzun çəkdi bu qürbət,
Ürəyini yaman üzdü bu möhnər.
Bir gün yerin tapacaqdı ədalət,
Kəlbəcərə yaz kəlibdi, Ədalət.
iyun - 2019 
скачать dle 12.1

Şərhlər