SON DƏQİQƏ

Bakıda intensiv qar yağacaq

Tarix:

23-01-2024, 12:34

/ 3 609 dəfə oxundu.
Bakıda intensiv qar yağacaq

Bakıda və Abşeron yarımadasında arabir sulu qar, qar yağacağı gözlənilir.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Gecə və səhər yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Axşam tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə və gündüz 1° şaxtadan 2°-dək isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 771 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi arabir güclənəcək.
Havanın temperaturu gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti, dağlarda gecə 12-17° şaxta, gündüz 5-10° şaxta olacaq.
Gecə və səhər bəzi yolların buz bağlama ehtimalı var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ