SON DƏQİQƏ

Sabah Bakıya qar yağacaq

Tarix:

22-01-2024, 13:19

/ 3 741 dəfə oxundu.
Sabah Bakıya qar yağacaq

Yanvarın 23-də Bakıda və Abşeron yarımadasında arabir yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə sulu qara, qara keçəcəyi ehtimalı var.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 1-4° isti olacaq. Atmosfer təzyiqi normadan yuxarı 774 mm civə sütunu olacaq. Nisbi rütubət 75-85% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacaq.
Dağlıq və dağətəyi ərazilərdə gecə və səhər yolların buz bağlama ehtimalı var.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ