SON DƏQİQƏ
» » İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?

İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?

Tarix:

25-10-2023, 15:49

/ 2 699 dəfə oxundu.
İcra başçısı təyin edilən Firdovsi Əliyev kimdir?

Bu gün Prezident İlham Əliyevin sərəncamı ilə Alı İbrahim oğlu Qocayev Samux Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Firdovsi Şahmirzə oğlu Əliyev Samux Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

GunAz.az Firdovsi Şahmirzə oğlu Əliyevin dosyesini təqdim edir.

O, 1961-ci il mayın 5-də Lerik rayonunun Monidigah kəndində anadan olub. 1983-cü ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin coğrafiya-biologiya fakültəsini bitirib.

F.Əliyev 1988-1991-ci illərdə Azərbaycan Respublikası Elmlər Akademiyası Coğrafiya İnstitutunda aspirant olub.

1991-1993-cü illərdə AMEA Coğrafiya İnstitutunda kiçik elmi işçi, 1993–2000-ci illərdə AMEA Torpaq və Aqrokimya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışıb.

1994-cü ildən kənd təsərrüfatı elmləri namizədidir. 

2000-ci ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. 1995-2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

2002-ci ildə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyində Ekoloji Siyasət İdarəsinin rəisi və 2003-cü ildə Ekspertiza İdarəsinin rəisi işləyib.

2004-2023-cü ilə kimi ekologiya və təbii sərvətlər nazirinin müavinidir.

2023-cü ilin martın 6-dan indiyə kimi ekologiya və təbii sərvətlər nazirinin müşaviri vəzifəsində işləyir.

2021-ci ildə Azərbaycanda ətraf mühitin və təbii sərvətlərin qorunmasında xidmətlərinə görə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.

Ailəlidir, 2 övladı var

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ