SON DƏQİQƏ
» » Ənvər Paşa Ermənistan dövlətinin olmasını niyə istəmirdi? - Tarixi faktlar

Ənvər Paşa Ermənistan dövlətinin olmasını niyə istəmirdi? - Tarixi faktlar

Tarix:

26-08-2023, 22:41

/ 3 907 dəfə oxundu.
Ənvər Paşa Ermənistan dövlətinin olmasını niyə istəmirdi? - Tarixi faktlar

Ermənistanın müstəqilliik aktında qonşu ölkələrə qarşı açıq ərazi iddiası yer alıb. Onların Qərbi Ermənistan adlandırdıqları ərazi Türkiyənin üç əyalətini əhatə edir. Azərbaycan əraziləri isə Ermənistanın müstəqillik aktında Gəncə də daxil olmaqla öz əraziləri kimi təqdim olunur. İndiyə kimi də bu iddialar Ermənistanın müstəqillik aktında qalıb. Həmin müstəqillik aktında keçmiş Dağlıq Qarabağ Ermənistan ərazisi kimi göstərilir. 1991-ci Almatı bəyannaməsi imzalansa da, bu, həmin məsələni qüvvədən salmır. Çünki Almatı sənədi heç bir ölkə parlamenti tərəfindən ratifikasiya olunmadığına görə, onun hüquqi çəkisi yoxdur.
Bunu Teleqraf.com-a politoloq Cümşüd Nuriyev deyib.
O qeyd edib ki, indiki halda Ermənistanın sülh müqaviləsini imzalamaqda əl-qolunu bağlayan müstəqillik aktıdır:
“Bu akt Daşnaksutyunun təzyiqi altında “miatsum” ideyasını həyata keçirmək üçün qəbul edilib. Vaxtilə Azərbaycan Parlamenti buna qarşı çıxıb. Fakt odur ki, indi ermənilər özləri-özlərinin girovuna çevrilib. Burada Ermənistanla bağlı kənar qüvvələrin və dövlətlərin də maraqlarının olması açıq müstəviyə keçib. Bu halda Azərbaycanın yanında olan yeganə dövlət Türkiyədir. Türkiyənin 2015-ci ildə qəbul edilmiş Milli Təhlükəsizlik Konsepsiyasından Azərbaycan daha çox yararlanmalıdır. “Bir dövlət, bir millət, bir bayraq, bir dil” anlayışı reallaşmalıdır. Bu, Mustafa Kamal Atatürkün ideyası idi”.
Politoloqa görə, Ermənistanın yanında Rusiya, Fransa, İran və başqaları olduqca onun Azərbaycanla sülh sazişi imzalaması mümkün deyil:
“Azərbaycan nə qədər özünü humanist aparsa da Ermənistan və onun yanındakılar bizi daim aldatmağa çalışacaq. 1918-ci ildə AXC dövründə ermənilərə qarşı humanist davranıldı, onlara dövlət yaratmağa yer verildi. Halbuki, Ənvər Paşa Ermənistan dövlətinin olmasını istəmirdi. Ənvər Paşa bunu bir bəla sayırdı. Məhz o vaxt bizimkilərin humanistliyi ilə yaradılan Ermənistan dövləti sonradan xalqımıza böyük bəlalar yaşatdı. Bu gün bəladan xilas ola bilmirik”.
Cümüşd Nuriyev hesab edir ki, bu gün Prezidentin İlham Əliyevin ortaya qoyduğu mövqe çox düzgündür:
“Əgər Azərbaycan qanunları ilə hansısa erməni yaşamaq istəmirsə buradan çıxmalıdır. Çünki bunun başqa yolu yoxdur. Ermənilər tarixən harada gediblər oranı viran qoyublar. Bu onların tarixində 5-ci köçdür. Elə buna görə də, ermənilərlə sülhün olacağı inandırıcı deyil.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ