SON DƏQİQƏ

SƏNƏTKAR ÖLMÜR- SƏNƏTİLƏ YAŞAYIR!

Tarix:29-04-2023, 13:51 Oxunub:1 536

GunAz.az xəbər verir ki, bu gün Azərbaycan Mədəniyyətinə ağır itki üz verib. 

Azərbaycan Respublikasının Xalq artisti,tanınmış qarmon ifaçısı,"Şöhrət" ordenli Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Aftandil İsrafilov ömrünün 82-ci ilində bu dünya ilə vidalaşdı.

Əslən Xızı rayonundan olan Aftandil Eynulla oğlu İsrafilov 1941-ci yanvarın 24-də Bakıda anadan olub.Əvəzolunmaz ustad sənətkar,mahir qarmon ifaçısı Aftandil İsrafilov Azərbaycan ifaçılıq məktəbinin inkişafında öz dəst-xətti ilə iz qoyub.O,saysız-hesabsız "Nazilə","Kəmalə","Jalə","Zemfira","Aynurə" və s.musiqi havalarının müəllifidir.Ümumxalq məhəbbətini qazanan  böyük sənətkar Aftandil İsrafilov qədirbilən Azərbaycan xalqının sevimli sənətkarı olaraq qəlblərdə və musiqilərində hər zaman yaşayacaq.

Allah rəhmət eləsin!   

Rəsmiyyə Heybətağaqızı

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<