SON DƏQİQƏ

İnsulin istifadəçilərinin NƏZƏRİNƏ

Tarix:

18-01-2023, 18:59

/ 2 010 dəfə oxundu.
İnsulin istifadəçilərinin NƏZƏRİNƏ

Azərbaycanda son həftə ərzində saxta Ozempik preparatı (insulin) aşkarlanmayıb.

Bu barədə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hazırda apteklərdə monitorinqlər aparılır. Mərkəzin apardığı tədbirlərin nəticəsində son həftə ərzində saxta Ozempik preparatı aşkarlanmayıb.

Qeyd edək ki, 2022-ci ilin dekabr ayında ölkənin bəzi apteklərində qeyri-qanuni yolla, dövlət qeydiyyatında olmayan məhdud sayda MP5B060 seriyalı saxta Ozempik preparatının satılması məlum olub.

Saxta və orijinal preparatların fərqləndirici xüsusiyyətləri belədir.

скачать dle 12.1

Şərhlər