SON DƏQİQƏ

Elnarə Qaragözovanın "Yunus Oğuz həyatı və yaradıcılığı" kitabı işıq üzü görüb

Tarix:27-12-2022, 17:39 Oxunub:2 028

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun XX əsr (sovet dövrü)  Azərbaycan ədəbiyyatı şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Elnarə Qaragözovanın "Yunus Oğuz həyatı və yaradıcılığı" kitabı işıq üzü görüb. "Sənətkarın elmi pasportu seriyası"nın 36-cı nəşri olan kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 23 iyun 2022-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

Kitabın elmi redaktoru AMEA-nın prezidenti, akademik İsa Həbibbəylidir. Rəyçiləri filologiya elmləri doktoru Vaqif Yusifli və filologiya üzrə fəlsəfə doktoru Lalə Həsənovadır.

Monoqrafiya Yunus Oğuzun həyat və yaradıcılığına həsr edilib. Giriş, "Həyatı", "Yunus Oğuzun poetik dünyası", "Nəsr yaradıcılığı", "Müstəqillik dövrü tarixi romanının yaradıcısı" və nəticə hissələrindən ibarət olan araşdırmada Yunus Oğuzun yaradıcılığı bütün aspektləri ilə araşdırılmış, onun yazıçı kimliyi və Azərbaycan ədəbiyyatında mövqeyi işıqlandırılmışdır. "İstifadə edilmiş ədəbiyyat"da Yunus Oğuzun əsərləri və haqqında yazılmış yazılar sistemləşdirilib.

 

"Elm və təhsil" nəşriyyatında çap olunan monoqrafiya 118 səhifədən ibarətdir.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<