SON DƏQİQƏ
» » Laçın dəhlizindəki aksiyaya Türkiyə vətəndaşları da qoşuldu

Laçın dəhlizindəki aksiyaya Türkiyə vətəndaşları da qoşuldu

Tarix:

13-12-2022, 08:24

/ 2 002 dəfə oxundu.
Laçın dəhlizindəki aksiyaya Türkiyə vətəndaşları da qoşuldu

Qaranlıq və şaxtalı havaya baxmayaraq, qeyri-hökumət təşkilatlarını təmsil edən bir qrup Azərbaycan ekoloqunun Laçın-Şuşa yolunda etiraz aksiyası gecə saatlında da davam edib.

Aksiya iştirakçıları Azərbaycanın ərazi bütövlüyünün müdafiəsi, ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarına qarşı şüarlar səsləndirirlər. "Şəhidlər ölməz, Vətən bölünməz” şüarı dağlarda əks-səda doğurub.

Etirazçılara Qarabağın şəhər və kəndlərində müxtəlif bərpa-quruculuq layihələrində çalışan çoxlu sayda Türkiyə vətəndaşı da qoşulub. Aksiyanın keçirildiyi ərazidə Azərbaycan və Türkiyə bayraqları qaldırılıb, Ümummilli Lider Heydər Əliyevin "Bir millət, iki dövlət” ölməz kəlamı səsləndirilib// azertac
скачать dle 12.1

Şərhlər