SON DƏQİQƏ
» » Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

Tarix:

2-04-2017, 17:00

/ 8 447 dəfə oxundu.
Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

Bu gün İstanbulda Kərkük şəhərində rəsmi qurumların qarşısında İraq bayrağı ilə bərabər Şimali İraq Kürdüstan Bölgə Muxtariyyətinin bayraqlarının asılmasına etiraz əlaməti olaraq mitinq  keçirilib.
Gunaz.az-ın APA-ya istinadən məlumatına görə, Türkməneli Dərnəkləri Federasiyasının təşkil etdiyi və İraqın İstanbul baş konsulluğunun qarşısında keçirilən aksiyada 2 minə qədər insan iştirak edib.
Aksiya iştirakçıları "Kərkük Türkdür, Türk qalacaq!", "Kərkükə uzanan əllər qırılsın!" və digər şüarlar səsləndirilib, 5 nəfərdən ibarət heyət aksiyanın qətnaməsini baş konsulluqda rəsmi şəxslərə təqdim ediblər. Aksiyada çıxış edən Türkməneli Dərnəkləri Federasiyasının başqanı Aydın Bayatlı Orta Şərqdə cərəyan edən mürəkkəb proseslər kontekstində bəzi qüvvələrin Türkməneli bölgəsində xaos yaratmaq istədiyini bildirib: "İndi bizim daha çox birliyə ehtiyacımız var. Buradan İraq prezidentinə, baş nazirinə və Məclis sədrinə müraciət edirəm ki, Kərkükə İraqın kürd  bölgəsinin bayrağını asdırmaqdan vaz keçməsi üçün vali Nəcməddin Kərimə lazımi təlimatı versinlər. Türkiyə hökumətinə də müraciət edirəm ki, qardaş Türkmənelini bu mübarizəsində yalnız qoymasın".
Etiraz aksiyası heç bir insident olmadan başa çatıb. Aksiyada Türkməneli ilə bərabər, Türkiyə və Azərbaycan bayraqları da dalğalandırılıb. 

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

 

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

 

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

 

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

 

Türkmənlər İstanbulda Kərküklə bağlı etiraz aksiyası keçiriblər - FOTO

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ