SON DƏQİQƏ

Şəhid qardaşına qarşı dələduzluq edilib

Tarix:

27-10-2022, 16:13

/ 1 516 dəfə oxundu.
Şəhid qardaşına qarşı dələduzluq edilib

Şəhid Səbuhi Əhmədovun qardaşına qarşı dələduzluq edilib.

Bununla bağlı kibertəhlükəsizlik üzrə ekspert Fərid Pərdəşünas məlumat yayıb.

O bildirib ki, şəhidin qardaşı Sənan Əhmədova xarici nömrədən gələn zənglə yardım ediləcəyi deyilib və kart məlumatları istənilib.

"Kart məlumatlarını verdikdən sonra Sənandan 3D təhlükəsizlik kodu da alınıb. Nəticədə kartda olan bütün pullar oğurlanıb. Polis məsələni araşdırır. Lakin ehtimal edirəm ki, dələduzluq yenə də ölkə xaricindən baş verib və geri qayıtma ehtimalı çox azdır. Dələduz özünü bloger Hüseyn Həsənovun qohumu kimi təqdim edib. Sənanı aldatmaq üçün "Getcontact"da zəng etdiyi nömrəni "Quseyn Qasanovun Qoxumu" kimi qeyd edib”, - Pərdəşünas deyib.

скачать dle 12.1

Şərhlər