SON DƏQİQƏ

Çox dadlı və faydalı meyvəli piroq

Tarix:

3-11-2021, 13:13

/ 2 476 dəfə oxundu.
Çox dadlı və faydalı meyvəli piroq

Ərzaqlar;

Xəmir;

•100 qr şəkər tozu

•1 çay qaşığı vanil

•100 qr kərə yağı

•2 yumurta

•1 çay qaşığı qabartma tozu

•150-200 qr un

Üzərinə səpmək üçün;

•100 qr badam (və ya fındıq, qoz)

•100 qr kərə yağı

•100 qr şəkər tozu

•100-150 qr un

İçlik;

•500-600 qr istənilən meyvə (sulu meyvələrdən istifadə etməyin)

Hazırlanması;

Xəmir:

•Yumşaq kərə yağını şəkər tozu və vanillə qarışdırın, yumurta əlavə edin, yenə qarışdırın

•Unu qabartma tozu ilə birlikdə ələyin, kütləyə əlavə edin, qarışdırın

Ovuntu: 

•Badamı blenderdə xırdalayın, şəkər tozu, yumşaq yağ və un əlavə edin, barmaqlarınızla ovuşdurun

•Meyvələri xırda doğrayın

•Soba qabına bişirmə kağızı qoyub xəmiri tökün, üzərinə meyvələri düzün və ovuntu səpin

•180° qızdırılmış sobada piroqu 40-45 dəqiqə bişirin

•Hazır piroqu tam soyudun, sonra doğrayın
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ