SON DƏQİQƏ

Misirdə qədim şərab anbarı aşkar edilib

Tarix:

28-01-2019, 18:20

/ 10 411 dəfə oxundu.
Misirdə qədim şərab anbarı aşkar edilib

Misirin əl-Buheyra əyalətində qazıntı işləri aparan arxeoloji missiya orada qədim şərab anbarı və üzüm sıxmaq üçün pres aşkar edib.

Arxeoloqların aşkar etdiyi şərab anbarı və pres yaşayış binaları ilə vahid arxeoloji kompleksə aiddir. Mütəxəssislərin fikrincə, bu kompleks Misir tarixinin yunan-Roma dövrünə (təqribən bizim eradan əvvəl IV əsrin ortalarından eramızın IV əsrinin sonuna qədər olan dövr) aiddir.

Bəyanatda qeyd edilir ki, qazıntı zamanı gildən hazırlanmış amforalar (ikiqulplu içki qabları), rəngli mala fraqmentləri, mozaika və kərpicdən tikilmiş qalın divar fraqmentləri də tapılıb. Mütəxəssislər güman edirlər ki, bu konstruksiya şərab anbarında temperaturun sabit saxlanması üçün istifadə edilirmiş.(Azərtac)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ