SON DƏQİQƏ
» » İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılır

İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılır

Tarix:

16-05-2017, 08:35

/ 3 539 dəfə oxundu.
İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılır

İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə AMEA-nın Arxeologiya İnstitutu qazıntı işləri aparır.
APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bir müddət əvvəl İmişli rayonunun Qızılkənd  ərazisində yerləşən Zilitəpədə eramızdan əvvəl 4-cü əsrə-Makedoniya çarlığı tərəfindən zərb edilən, İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılıravers (üz) tərəfində təsvirin Makedoniyalı İskəndərə aid olduğu 9 ədəd gümüş draxmanın tapılması ərazidə arxeoloji  qazıntıların aparılmasını zəruri edib. Ərazidən antik dövrə aid olan maddi-mədəniyyət nümunələrinin tapılması Zilitəpə adlanan yerdə hələ 2500 il öncə mədəniyyətin və ticarət əlaqələrinin olmasından xəbər verir. Hazırda arxeoloqlar tərəfindən ərazidə  arxeoloji qazıntı işləri aparılır. 4 hektar ərazidə tədqiqat işlərinin aparılması nəzərdə tutulur.
İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılırAMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun Numizmatika şöbəsinin müdiri Akif Quliyevin bildirdiyinə görə, İmişli sakini tərəfindən aprelin 11-də Qızıltəpə ərazisindən Makedoniyalı   İsgəndərin dövrünə aid gümüş sikkələr tapılandan sonra AMEA-nın mütəxəssisləri əraziyə ezam olunub və əraziyə baxış keçirilib. Məhz sikkələrin bu ərazidə tapılması buranın həmin dövrlərdə iqtisadi gücə malik olması və ticarət karvan yollarının bu ərazidən keçdiyini deməyə əsas verir.
İmişli arxeoloji ekspedisiyasının rəhbəri, AMEA-nın tarix üzrə fəlsəfə doktoru Mikayıl Mustafayevin bildirdiyinə görə, ərazidə aparılan arxeoloji qazıntılar zamanı tapılan qədim məzarda insan skeleti ilə yanaşı saxsı məmulatlar və heyvan sümükləri də aşkar edilib. Bu da onu sübut edir ki, ərazidən qədim zamanlarda yaşayış məntəqəsi kimi istifadə olunub. Ərazinin əlverişli təbiətə malik olması da burada insanların məskunlaşmasına şərait yaradıb. Qeyd edilir ki, zaman-zaman ərazidə müxtəlif vaxtlarda İmişli sakinləri tərəfindən antik dövrə aid olan çoxlu sayda müxtəlif əşyalar aşkar edilib. Əşyalar içərisində 3-cü minilliyə  aid qılınc dəstəyi, ox ucluqları, həmçinin  saxsıdan hazırlanmış fit çalan alət, un üyüdən daş, dolçalar, çıraq və bir sıra saxsı məişət əşyaları da var. Sakinlər tərəfindən qorunub saxlanılan antik əşyalar AMEA əməkdaşlarına təhvil verilib.İmişlidə antik dövrə aid dəfinə aşkarlanan ərazidə arxeoloji qazıntı işləri aparılır
Ekspedisiyasının rəhbəri Mikayıl Mustafayev qeyd edib ki, tapılan əşyalar ərazinin qədim dövr yaşayış məskəni olduğunu sübut etsə də, bölgə arxeoloqları tərəfindən tarixi-arxeoloji baxımdan az tədqiq olunan və öyrənilən ərazidir. Ümumiyyətlə Zilitəpədən başqa İmişli ərazisində Muxurtəpə, Qızıltəpə və Bəhrəmtəpə kimi tarixi abidələrin qədim zamanlardan bir-biri ilə sıx əlaqəsinin olması buranın qədim yaşayış məskəninin olduğunu göstərir.

GUNAZ.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ