SON DƏQİQƏ
» » Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

Tarix:

3-05-2018, 17:49

/ 10 384 dəfə oxundu.
Azərbaycan 2025-ci ilə qədər şərab ixracını 5 dəfə artıracaq

Prezident İlham Əliyev bu gün təsdiqlədiyi “2018–2025-ci illərdə şərabçılığın inkişafına dair Dövlət Proqramı”na əsasən, yaxın 7 il ərzində Azərbaycan şərab ixracını 5 dəfə artırmalıdır.

Gunaz.az xəbər verir ki, proqram ölkədə şərabçılıq ənənələrinin bərpa olunmasını nəzərdə tutur.  Şşərab və şərabçılıq məhsullarının rəqabət qabiliyyəti yüksəldilməli, şərabçılıq üzrə milli normativ texniki sənədlər (DÖST, AZS milli standartları) təkmilləşdirilməli, şərab və şərabçılıq məhsullarının qablaşdırılması üçün köməkçi vasitələrin ölkədə istehsalı dəstəklənməli, şərabçılıq sahəsində fəaliyyət göstərən mütəxəssislərin və marketoloqların bilik və bacarıqları yüksəldilməli, şərab və şərabçılıq məhsulları üçün nəzərdə tutulan aksiz markaları digər alkoqollu içkilərin aksiz markalarından fərqlənməlidir. 

Qeyd edək ki, Azərbaycanda şərab və şərabçılıq məhsullarının istehsalı 2017-ci ildə 1 milyon dekalitri ötüb. Bunun da 375 min dekalitri ixrac edilib. Ölkəmizdən şərab məhsulları, əsasən, Rusiyaya (338 min dekalitr) və Çinə (27 min dekalitr) göndərilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ