SON DƏQİQƏ
» » Ölən insan kimi danışa biləcək robot yaradılı

Ölən insan kimi danışa biləcək robot yaradılı

Tarix:

27-02-2018, 08:35

/ 552 dəfə oxundu.
Ölən insan kimi danışa biləcək robot yaradılı

İsveçdə proqramçılar ölən insanın elektron nüsxəsi ola biləcək robot yaradırlar.

Gunaz.az lent.az-a istinadən xəbər verir ki, ilkin olaraq araşdırmaçılar dəfn mərasimlərinin təşkil edilməsi ilə bağlı yaxınların və qohumların suallarına cavab verə biləcək səsli proqram yaratmaqla bağlı planlara malik idilər.

Ancaq sonradan proqramçılar ölən şəxsin səsi ilə danışa və sadə söhbətlər apara biləcək robotun yaradılması ilə bağlı qərar qəbul ediblər. Neyron şəbəkəsi ona ünvanlanmış sualı tanıya biləcək və ölən insanın yaşadığı həyatı zamanı onun tərəfindən səsləndirilmiş deyimləri sözlər bazasından taparaq səsləndirəcək.

Proqramçılar layihə üzərində İsveçin "Feniks" dəfn mərasimlərinin təşkil üzrə şirkətlər şəbəkəsi ilə birgə çalışır. Şirkətin növbəti addımı ölən insanın tam dolğun oxşarı olacaq robotun yaradılması olacaq.

 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ