Gunaz.az xarici KİV-ə istinadən xəbər verir ki, "İtirilən və qazanılan peşələr: avtomatlaşma dövründə əməyin transformasiyası" adlı hesabatda 2030-cu ildən etibarən 30 milyon insanın iş yerlərini itirəcəyi qeyd edilir.
 
Hesabatda həmçinin göstərilir ki, önümüzdəki 13 il ərzində mövcud iş gücünün 60 faizini robotlar yerinə yetirəcək. 
 
Avtomatlaşdırılma zamanı əsasən fast-food işçiləri, maşın operatorları, bağbanlar, santexniklər və baxıcılar iş yerlərini itirmək təhlükəsi ilə qarşı-qarşıya qalacaqlar.
 
Buna baxmayaraq yeni peşə sahələrinin də yaranacağı istisna edilmir.(qaynarinfo)