SON DƏQİQƏ

İtlərə 1400 avro pensiya ödənəcək

Tarix:

17-10-2017, 23:49

/ 1 323 dəfə oxundu.
İtlərə 1400 avro pensiya ödənəcək

Almaniyada təhlükəsizlik əməkdaşlarına yardım edən itlər vəzifə dövrləri bitəndən sonra pensiyaya çıxacaqlar.

Gunaz.az xəbər verir ki, Berlin Əyalət Məclisi Daxili İşlər Komissiyası son iclasda polis itlərinə pensiyaya çıxmaq hüququnun verilməsi barədə qərar qəbul edib. Qərara görə 7 il 7 ay müddətində xidmət edən itlər bu hüquqa yiyələnəcəklər.

İtlərə yemək və yaşamaq üçün ayda 1400 avro pul ödənəcək.

Qeyd edək ki, 2012-2016-cı illərdə 73 it Berlin Polis İdarəsində çalışıb. Onlar ictimai hadisələr, xilasetmə və narkotik əməliyyatlarında iştirak ediblər.(Qaynarinfo)

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ