
Ağcabədi rayon Qaravəlli kəndinin bir qrup sakini polisə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlandığını bildiriblər.
GunAz.az DİN-ə istinadən xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Qalib Quliyev, Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.