SON DƏQİQƏ

Oğurluq edən şəxslər tutuldu

Tarix:

2-04-2018, 11:55

/ 10 373 dəfə oxundu.
Oğurluq edən şəxslər tutuldu

İmişli rayonunda anbardan təkər oğurlanıb.

Gunaz.az xəbər verir ki, İmişli Rayon Polis Şöbəsinə müraciət edən Hacalmuradlı kənd sakini Tofiq Babayev martın 28-nə keçən gecə şəhər ərazisində nəzarətçi işlədiyi avtomobil təsərrüfatının anbarından 17 ədəd avtomobil təkərinin oğurlandığını bildirib.

Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Dərhal başlanan əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 4 nəfər qısa müddətdə müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onların  rayon sakinləri Səbuhi Soltanlı, Etibar Quliyev, Atakişi Hüseynzadə və Gədəbəy rayon sakini Səddam Mustafayev saxlanılıblar.  

Faktla bağlı İmişli RPŞ-də cinayət işi başlanılıb. Araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ