Dəyirmanlardan 8 minlik mühərrik oğurladılar

Dəyirmanlardan 8 minlik mühərrik oğurladılar

Ağcabədi rayon Qaravəlli kəndinin bir qrup sakini polisə müraciət edərək dəyirmandan elektrik mühərriklərinin oğurlandığını bildiriblər.

GunAz.az DİN-ə istinadən xəbər verir ki, oğurluğu törətməkdə şübhəli bilinən həmin kənd sakinləri Qalib Quliyev, Hacı Əzizov və Surxay Məmmədov saxlanılıb. Araşdırmalarla onların ayrı-ayrı vaxtlarda dəyirmanlardan 22 ədəd elektrik mühərriki oğurlamaqla vətəndaşlara 8000 manata yaxın maddi ziyan vurduqları müəyyən edilib. 

Faktla bağlı araşdırma aparılır.

скачать dle 12.1
Geri qayıt