SON DƏQİQƏ
» » Söz sənətində izi olan sənətkar-Sücaət Kəlbəcərli – Aynur TURAN yazır

Söz sənətində izi olan sənətkar-Sücaət Kəlbəcərli – Aynur TURAN yazır

Tarix:

4-06-2024, 16:29

/ 3 258 dəfə oxundu.
Söz sənətində izi  olan sənətkar-Sücaət Kəlbəcərli – Aynur TURAN yazır

Şücaət, ürəklər qorxusuz vurmur,
             Gözlərin sevinci gözlərdə durmur,
             Quş da yuvasını yaxında qurmur,
              Bilir ki, xaniman dağıdır insan…
          Hər bir sahədə olduğu kimi, ədəbiyyat da   özünəməxsusluğu sevir. Əgər sənin düşüncə və ifadə tərzin yenidirsə, qələmə aldığın mövzu kimsənin yazdığına bənzəmirsə, sən şeir, hekayələrində öz fikirlərini təbii və ürəyəyatımlı bir dildə təqdim etməyi bacarmısansa, yazdıqların oxucu tərəfindən seviləcək.
Ömrünü, illərini, zəkasını vətəninə, xalqına həsr edən az sənət adamları tapılar ki, öz mövqeyinə axıra kimi sadiq qalsın. Özü, sözü, məsləki, əqidəsi yalnız qəlbinin diktəsi  ilə döyünsün. Yaşadıqlarını,  gördüklərini, səmimi duyğularının dili ilə kağızı köçürsün. Sevilib, seçilsə də, sənətdə yüksəklərə ucalsa da, yenə qəlbinə, ruhuna xəyanət etməsin. Sücaət Əhmədov (Kəlbəcərli) belə müsbət xüsusiyyətlər sahibi bir ziyalıdır.
 Sücaət Əhmədov əsərlərində həyatın axarına çox ustalıqla girir, qəhrəmanlarının daxili aləminə tədricən və əsaslı şəkildə nüfuz edir. Onun təhkiyəsi şirin, dili zəngin və mənalıdır.
Sücaət Kəlbəcərlinin bütün yaradıcılığına xas cəhətlər-sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin canıdır. Sücaət Kəlbəcərlinin yaradıcılığında vətənpərvərlik duyğuları necə də sadə, necə də gözəl tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar oxusan da şeirlər, misralar səni yormur, elə bil qulağına yeni söz pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura boyayır, riqqətə gətirir.
        Günəş gəzib yorulanda,
        Sazın simi qırılanda,
        Göydə qartal vurulanda,
        Məni yada sal, a dağlar.
Yaradıcılığı Azərbaycanın sevilən  şairi Əhmədov Sücaət Yunus oğlu (4 iyun 1943-cü ildə Kəlbəcər rayonunda Yunus Əhmədovun ailəsində anadan olmuşdur.  O, Kəlbəcərin məşhur İstisu kurortunda rəhbər vəzifələrdə çalışmışdır.
Yaradıcılığa sovet dövründə başlasa da,  o dönəmdə demək olar ki, şerləri çap olunmayıb. Sücaətin şeirləri əsasən dildən-dilə yayılmış, dillər əzbəri olmuşdur. El şənliklərində öz ifasında şerləri kasetlərə yazılmış, bu yolla şücaətsevərlər arasında yayılmışdır. Onun “Sən ağlama, mən ağlaram”,  “Dəli dağın dəliləri hardadı?”,  “Şücaəti unutma sən” və s. adlı şeir kitabları var.
Həyatı  Sücaət Kəlbəcərli xalası qızı ilə evli idi. Bir oğlu, iki qızı var. Oğlu Azərin Sücaət adında övladı var.
Azərbaycan jurnalisti Hidayət Elvüsal Sücaətin qardaşıdır.
Sücaət iki dəfə həbs edilmiş, ömrünün 8 ilini zindanlarda keçirmişdir. İlk həbsi Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin 2-ci kursunda oxuyarkən olmuşdur. Kəlbəcərdə mağaza müdirini vurduğu üçün universitetdən xaric edilmiş və həbs olunmuşdur.
Qələmi iti ədib Sücaət Kəlbəcərli 7 noyabr 2002-ci ildə Gəncə şəhərində ağciyər çatışmazlığından vəfat etmişdir. Məzarı Göy-Göl rayonundadır.
    Vətən Sücaət Kəlbəcərli poeziyasının daimi mövzularındandır. Sücaət Kəlbəcərli Azərbaycanı sonsuz bir məhəbbətlə sevir, başqalarına da, sevdirirdi. Azərbaycan və Sücaət Kəlbəcərli bir-birindən ayrılmazdır. Azərbaycan və o eyni bir məfhumdur. Azərbaycan və Sücaət Kəlbəcərli ona görə ayrılmazdır ki, Sücaət Kəlbəcərli öz yaradıcılığında poetik obrazını yaratmışdır.
                     O qadalı-qanlı gündən
                      Şücaəti bürüyüb çən…
                      Son nəfəsdə, “Vətən!”- deyən,
                      Anınıza qurban olum.  
Sücaət Kəlbəcərli bütün varlığı ilə xalqına, elinə bağlı bir şəxsiyyət idi. O, yaxşı bilirdi ki, insana qüvvət, cəsarət verən, onu ilhamlandıran Vətən eşqi, xalqa məhəbbətidir.  Vətən intizarda olarsa, Şücaətin şeirləri qan-yaş tökər. O, vətənin dar gününü, tapdaq altında qalmış müqəddəs torpaqlarımızı elə qəmli təsvirlə anlatırdı ki, sanki hər misrası dastana dönürdü şairin. Hər sətirdə duyulan ahı, qəlb yanğısını görürsən.
             Şücaətəm, təpiyifdi dodağım,
             Sinəm üstənsilinərmi bu dağım,
             Yad əllərlə silkələnən budağım.
             Tapdalanmış bostanım ooy…tağım ooy …                                                                                                              
Əsasən qələmi qəmə köklənən Sücaət Kəlbəcərlinin bütün yaradıcılığına xas cəhətlər-sadəlik, səmimilik, duyğularındakı zənginlik və dərinlik, xalq ruhu-bu şeirin canıdır. Onun yaradıcılığında vətənpərvərlik duyğuları necə də sadə, necə də gözəl tərənnüm olunur! Onun şeirlərini təkrar-təkrar oxusan da şeirlər, misralar səni yormur, elə bil qulağına yeni söz pıçıldayır, ən ülvi hislər aşılayır. Hər söz, hər misra oxucunu nura boyayır, riqqətə gətirir.
           Bir büzülmüş dodağı var dünyanın,
            Bu düyünü, bu dağı var dünyanın,
ONN mediaскачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ