SON DƏQİQƏ
» » Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

Tarix:

20-12-2018, 20:00

/ 10 287 dəfə oxundu.
Nazirlik: “Aqrolizinq” fəaliyyətini davam etdirəcək

“Aqrolizinq” ASC fəaliyyətini davam etdirəcək. 

GunAz.az-ın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsinə dair” fərmanın icrasına həsr edilmiş mətbuat konfransında bildirib. 

İ.Qədimovanın sözlərinə görə, aqroservislər investisiya üsulu ilə özəlləşdiriləcək:

“Bu prosesi Əmlak Məsələləri üzrə Dövlət Komitəsi həyata keçirəcək”. 

Nazir müavini onu da əlavə edib ki, fərmanda texnikaların ehtiyat hissələrinin ƏDV-dən azad edilməsi ilə bağlı təkliflər qeyd ediləcək :

“Həmin təkliflər iki ay ərzində formalaşdırılaraq prezidentə təqdim ediləcək”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ