![Masallıda DAİM açıldı](/uploads/posts/2018-11/1543337012_masal-1543305326.jpg)
Bu gün Masallıda Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Aqrar İnkişaf Mərkəzinin ( DAİM) açılışı olub.
GunAz.az xəbər verir ki, mərkəzin açılışında kənd təsərrüfatı naziri İnam Kərimov iştirak edib.
O bildirib ki, məqsəd bütün kənd təsərrüfatı xidmətlərinin vahid bir mərkəzdən göstərilməsidir
“Mərkəzdə Kənd Təsərrüfatı Nazirliyinin 68 xidməti təqdim olunur. Əsas məqsəd fermerlərə və kəndlilərə xidmət göstərməkdir. Sloqanımız da belədir: daim xidmətinizdəyik”.
Nazir həmçinin əlavə edib ki, 3 il ərzində 10 minə yaxın könüllülərdən ibarət proqramın icrası planlaşdırılır:
“Hər bir DAİM mərkəzində könüllülər fəaliyyətə başlayıb. Onların məqsədi yerlərdə fermerlərə dəstək olmaqdır. “Aqrar sığorta haqqında” qanun layihəsi müvafiq qurumlara təqdim edilib”.