SON DƏQİQƏ
» » İnam Kərimovun yeni təyinatı - keçmiş bankirə yüksək vəzifə verdi

İnam Kərimovun yeni təyinatı - keçmiş bankirə yüksək vəzifə verdi

Tarix:

22-05-2018, 09:25

/ 10 805 dəfə oxundu.
İnam Kərimovun yeni təyinatı - keçmiş bankirə yüksək vəzifə verdi

Ekspert: “İnam Kərimova ən çətin sahələrdən biri həvalə olunub”

Kənd təsərrüfatı naziri təyin olunan İnam Kərimov elə vəzifəsinin icrasına başlar-başlamaz bölgələrə üz tutub, fermerlərlə, sahibkarlarla görüşdü.  Yeni nazirin ilk səfəri aprelin 30-da “Aqrolizinq” ASC-yə oldu və o, burada qurumun fəaliyyəti və əməkdaşlarının iş şəraiti ilə tanış oldu. Həmin ərəfədə nazirliyin mətbuat xidməti məlumat yayaraq bildirdi ki, İ.Kərimov daha sonra kənd təsərrüfatı texnikalarını lizinqə götürmək üçün “Aqrolizinq” ASC-yə müraciət edən fermer və sahibkarlarla da görüşərək onlarla ətraflı söhbət aparıb.

İstifadəçiləri diqqətlə dinləyən nazir onların qarşılaşdıqları çətinliklər, aradan qaldırılması istiqamətində təkliflərlə maraqlanıb. Bir neçə fermer kənd təsərrüfatında yeni texnologiyaların tətbiqi, o cümlədən qarabaşaq istehsalında istifadə olunan texnikaların, yeni gübrə növlərinin gətirilməsi barədə təkliflərini, həmçinin taxıl biçini zamanı kombaynların istifadəsinə dair istəklərini bildiriblər.

Jurnalistlərə açıqlamasında İnam Kərimov bildirib ki,  “Aqrolizinq” ASC yeni yanaşma prinsipi əsasında fəaliyyət göstərəcək: ““Aqrolizinq”də düzgün idarəçiliyin bütün prinsipləri-şəffaflıq, səmərəlilik tam təmin ediləcək. “Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin digər strukturları kimi öz işini fermer və kəndlinin yanında olması prinsipi əsasında quracaq".

Bütün bunların fonunda nazir mayın 20-də Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-yə sədr müavini təyin edib. Onun sədr müavini kimi təyin etdiyi şəxs  Mehman Məmməd oğlu İsmayılovdur. Mehman İsmayılov  bundan əvvəl “Kapital Bank” ASC-nin departament direktoru, hazırda ləğv prosesində olan “Texnika Bank” ASC-nin Audit Komitəsinin sədri, “Bank of Azerbaijan” ASC-nin Müşahidə Şurasının sədri, eləcə də Azərbaycan Mərkəzi Bankının şöbə müdiri vəzifələrində çalışıb.

Lakin adı mətbuat səhifələrində müxtəlif formalarda hallanan bankların rəhbər vəzifələrində çalışsa da, Mehman İsmayılovla bağlı hansısa mənfi informasiya yayılmayıb. Hətta bank sahəsi üzrə ekspertlər də onu mənfi və ya müsbət fonda dəyərləndirməkdə çətinlik çəkirlər.

“Yeni Müsavat”a danışan bank məsələləri üzrə ekspert Əkrəm Həsənov bildirib ki, indiyə kimi “Aqrolizinq”in  fəaliyyəti elə də hiss olunmayıb:İnam Kərimovun yeni təyinatı - keçmiş bankirə yüksək vəzifə verdi

“Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən bu kimi şirkətlərin, Sahibkarlığa Kömək Milli Fondunun indiyə kimi sahibkarlığa, kənd təsərrüfatına real köməyini görməmişik. Ancaq ümumən İnam Kərimova etimad böyükdür. Mən də onun özünü şəxsən tanımasam da etimadım yüksəkdir. Ən azından Azərbaycanda ən effektiv dövlət qurumu olan "ASAN  xidmət"in rəhbəri olub, oradan gəlib. Ümid edək ki, o, elə məsləhət bilibsə, doğrudan da Mehman İsmayılov həmin vəzifəyə layiqdir. Yəqin ki, onun təyinatı aqrolizinqlə bağlı müsbət nəticələrə səbəb olar. Əlbəttə ki, bu, çətin sahədir. İnam Kərimova bu dəqiqə ən çətin sahələrdən birini tapşırıblar. Çünki Azərbaycanın bu gün həqiqətən də kənd təsərrüfatına böyük ehtiyacı var”.

 

Mehman İsmayılovun əvvəl çalışdığı banklara gəlincə isə ekspert aşağıdakıları söyləyib:

“O, ”Kapital Bank"da  departament müdiri vəzifəsində çalışıb. Deyim ki, ümumi yanaşdıqda Azərbaycan şəraitində bu bank ən sağlam banklarımızdan biridir.  Ancaq bu da özü özlüyündə bir göstərici deyil. Çünki  hətta hansısa pis bankın yaxşı əməkdaşı ola bilər. Ola da bilər ki, bank yaxşıdır, ancaq əməkdaşı pisdir. Bu baxımdan yanaşdıqda onun haralarda işləməsi elə də böyük göstərici deyil".

Onu da qeyd edək ki, İnam Kərimov nazir vəzifəsinə təyin olunduqdan sonra bir neçə təyinatlar edib, öz komandasını formalaşdırıb. Onun komandasının üzvləri isə əslində "ASAN xidmət" sədri olduğu zaman çalışdığı kollektivin üzvləridir. Belə ki, İnam Kərimovun müvafiq əmri ilə Sarvan Cəfərov nazirin köməkçisi vəzifəsinə təyin olunub. Sarvan Cəfərov "ASAN xidmət"də də sədrin köməkçisi vəzifəsində çalışırdı.

İ.Kərimovun daha bir əmri ilə İlhamə Qədimova nazirliyin hüquq şöbəsinin müdiri təyin olunub.  İ. Qədimova "ASAN xidmət"də Hüquqi təminat şöbəsinin müdiri vəzifəsində çalışıb. Nazir 3 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Seymur Mövlayev, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzinin direktoru Adil Qasımov, "ASAN xidmət"in İnsan resursları və təlim şöbəsinin müdiri Elvin Paşayev, Nəzarət və qiymətləndirmə şöbəsinin müdiri Aqil Quliyevə də nazirlikdə vəzifə verdi. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinə də  yeni rəis təyin edilib. Mirzə Əliyev  bundan əvvəl “Azərbaycan Dəmir Yolları” QSC-də, “Kapital Bank” ASC-də, BTM-nin Cenevrədəki (İsveçrə) ofisində çalışıb. İnam Kərimov həmçinin nazirliyin mətbuat xidmətinin rəhbərliyinə də əvvəllər “ASAN xidmət”də eyni vəzifəni daşıyan Anar Hüseynovu gətirdi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ