SON DƏQİQƏ

Geni dəyişilmiş məhsullara qadağa qoyulmalıdır

Tarix:

10-10-2018, 08:00

/ 10 411 dəfə oxundu.
Geni dəyişilmiş məhsullara qadağa qoyulmalıdır

Ölkəmizdə son illər ürək-damar xərçəng, onkoloji və sair xəstəliklərin sayı sürətlə artır. Qan təzyiqindən nə qədər insanlar əziyyət çəkir. İnsan ölümü çox cavanlaşıb. Özəl və dövlət klinikalarda çalışan cərrahlarımız insan əzalarını kəsib doğramağa sanki hazır dayanıblar. Bəzən də əməliyyata ehtiyacı olmayan və yüngülvari müalicə olunmaqla sağalan xəstələri pul xətrinə əbəs yerə əməliyyat edən həkimlər də var. Əməliyyatdan sağ çıxmayan pasientinin ailəsi qarşısında onlar nə xəcalət çəkir, nə də külli miqdarda xəstəxananın nəfinə keçirilmiş pulu geri qaytarırlar.

Onu da qeyd edim ki, cərrahlar bəri başdan xəstələrə (qəsdən, bilə-bilə) imza etdirərək razı salırlar ki, əgər bir ölüm hadisəsi baş verdikdə çəkdiyiniz xərc geri qaytarılmayacaqdır.

Dünyasını dəyişən nə qədər yaxın adamlar tanıyıram ki, əməliyyat üçün 20-35 min, hətta 100 min manatdan çox istər özəl, istərsə də dövlət klinikalarına pul ödəyib və nəticədə heç beş gün də yaşamayıblar.

Xəstələrin ailəsi doğmalarının sağalması naminə borca düşürlər, lakin əməliyyatdan salamat çıxmayan pasientinin dəfn mərasiminə gəlməyi özünə sığışdırmayan həkim cərrahlarımız günü-gündən varlanır, televiziya məkanından öz qənimətləri üçün car çəkir, vaxtında həkimlərə müraciət edin, - deyə təbliğat aparırlar.

Lakin bu xəstəlikləri törədən səbəbləri aydınlaşdırmaq, qarşısını almaq üçün səhiyyəmizin fəaliyyəti qeyri-qənaətbəxşdir.

1990-cı illərə qədər xəstəliklərin sayı bu qədər çoxalmamışdı. Bütün dünyanı cənginə almış mənşəyi məlum olmayan (GMO) məhsullar dükan və bazarlarda baş alıb gedir.

Fermerlər çox qazanmaq məqsədilə GMO mənşəli toxumlardan istifadə edirlər, yerli toxumlar sıradan çıxarılır.

Bir-birindən gözəl, bəzəkli, heç bir parazit qurdunun yaxın düşə bilmədiyi meyvələr, giləmeyvələr mətbəximizə daxil olur.

Xaricdən mənşəyi bilinməyən toxumların gətirilməsi ciddi nəzarətə alınmalı, yoxlanılmalı və sonra geniş sahələrə əkilməlidir.

Ekoloji cəhətdən təmiz və keyfiyyətli məhsul istehsal etmək hər bir kəsi düşündürməlidir.

Bu gün istər Kənd Təsərrüfatı Nazirliyində, istərsə də digər sahillərdə çalışan yaş həddi 60-ı keçmiş mütəxəssislər təqaüdə göndərilir, əvəzində isə təcrübəsiz, qeyri-ixtisaslı, diplomlu gənclər vəzifəyə çəkilir.

Məgər 70, 80, 90 yaşlı mütəxəssislərin bilik və təcrübəsindən səmərəli istifadə etmək olmazmı?

Xaricdən gətirilən qida və yeyinti məhsullarına ciddi nəzarət olunmalı və yerli dədə-baba üsulu ilə əkilən toxumlara üstünlük verilməlidir. Keyfiyyət ön plana çəkilməlidir. Fermerlər qazanc məqsədilə kəmiyyət dalınca qaçaraq öz şəxsi gəlirlərini artırmaq hesabına milli genofonumuzu məhv etməməlidirlər.

Bu gün GMO məhsulları ölkəmizdə bir çox yerli bitkilərin nəslini kəsmək üzrədir. Ərzaq təhlükəsizliyi baxımından bu olduqca dəhşətli göstəricidir.

Mütəxəssislər də bildirirlər ki, ölkəmizdə münbit torpaqlar, təbii gübrələr, gözəl iqlim şəraiti, məhsuldar təbii torpaqlar kifayət qədərdir.

Təbii şəraitdən, nə də ixtisaslı kadrlardan səmərəli istifadə edirikmi?

Bir çox ölkələr, o cümlədən İtaliya, Fransa, Belarusiya, İsveçrə geni dəyişdirilmiş məhsulların istehsalı və satışına qadağa qoyubsa, ölkəmizdə məncə həyəcan təbili çalmağın vaxtı keçib. Ziyanın yarısından da olsa qayıtmalıyıq.

İnsan amili ön plana çəkilməlidir. Milli genefondu qorumaq hər bir vətəndaşın borcudur.

Kənd təsərrüfatı sahəsində ixtisaslı mütəxəssislərə ehtiyac çoxdur. Qeyri-ixtisas sahibləri kənd təsərrüfatının inkişafında fayda verə bilməz. Xüsusilə də gənc kadrlar yaşlı, təcrübəli mütəxəssislərin təcrübələrindən bəhrələnməlidirlər.

Ölkəyə rəhbərlik etmiş Kamran Bağırovun, A.Mütəllibovun, Elçibəyin hakimiyyəti dövründə təhsilli, diplomlu gənclər ölkəni tənəzzülə uğratdıqları halda, dahi şəxsiyyət Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, ulu öndər ətrafına təcrübəli mütəxəssisləri toplayaraq ölkəni xaos vəziyyətindən çıxartdı. Sonradan kənd təsərrüfatına diqqət zəiflədi və nəticədə geni dəyişdirilmiş məhsullar işbazlar tərəfindən bazar və dükanlarda baş alıb çoxaldı. Yerli toxumçuluğu, tingçiliyi inkişaf etdirmək olduqca zəruridir.

Yerli istehsalı artırmaqla ekoloji cəhətdən insan orqanizminə faydalı, sağlam qida məhsulları yetişdirmək günümüzün ən vacib prioritet məsələlərindən biri olmalıdır.

Əgər konstitusiya məhkəməsi 5 il əvvəl dollarla kredit götürmüş vətəndaşları günahkar sayaraq bankların xeyrinə qərar çıxarırsa, cəzasızlıqdan gömrük məntəqələrində çalışan zabitlərin çoxunun iş verənlərlə əlbir işləməsi nəticəsində ölkəyə idxal olunan bütün zərərli malların qarşısını almaq mümkün olmayacaqdır.

Hüquq-mühafizə sahəsində də ciddi islahatlar aparmağın vaxtıdır.

Gəlin “Mələk donunda şeytan” adlandırılan geni dəyişdirilmiş məhsullardan (GMO) uzaq duraq və mənşəyi bilinməyən zərərli məhsulların (istər qida, ərzaq, geyilmiş pal-paltarlarının MEMİ adı altında ölkəyə gətirilməsinə və satışına qadağa qoyulmalı, ictimai nəzarət daha da gücləndirilməlidir. Yoxsa ölüm hadisələri günü-gündən cavanlaşmaqla genofondumuzun bilə-bilə məhvolma təhlükəsinin qarşısını ala bilmərik.

 

Rauf İlyasoğlu

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ