SON DƏQİQƏ

Qanunlarımızda nə qədər boşluq var

Tarix:

24-05-2017, 16:03

/ 7 390 dəfə oxundu.
Qanunlarımızda nə qədər boşluq var


Azərbaycanda ürək-damar xəstəliyi 10 faiz, Onkoloji xəstəliklər - 14 faiz, Astma xəstəliyi - 5,8 faiz təşkil edir.
Respublikanın baş allerqoloqu, professor Cəbrayıl Məmmədov bildirir ki, bütün bu xəstəliklərin artması ekologiya və qidalanma ilə əlaqədardır.
Resept yazan həkimlər isə xəstələri özəl hospitallara göndərməklə dərman və müalicənin müqabilində faiz alırlar. Odur ki, müalicə müəssisələrinə nə qədər çox xəstə göndərilsə, bir o qədər də çox qazanırlar. Rentgen, UZİ və sairdən istifadə edən xəstələrdən gün ərzində külli miqdarda pul yığılır. Cərrah həkimlərimizin əksəriyyəti ürəyi ağrıyan xəstələri təcili əməliyyat edir, onların ömrünü artırmaq əvəzinə, şikəst edərək yarımcan hala salırLAR.
Həkimlərimizin savad dərəcəsini də nəzərə alsaq, xəstəliklərin faiz dərəcəsi daha acınacaqlı vəziyyət yaradır.
Geni dəyişdirilmiş, mənşəyi bilinməyən qida məhsullarının ölkəyə gətirilərək əhaliyə baha qiymətə satılması daha çox fəsadlar törədir. Baytarlıq, Gigiyena və Epidemologiya müfəttişləri, hüquq-mühafizə orqanları əməkdaşları, gömrük işçiləri, sərhəd xidmətçiləri daha fəal, vicdanla işləməlidirlər.
İnzibati Xətalar Məcəlləsində cəza dərəcələri sadəcə cərimə ilə ödənilir. Pul ilə ödənilən cərimələr daha da sərtləşdirilməlidir. Çünki, işbazlar cərimə ilə yanaşı, rüşvət verməklə daha çox əl-qol açırlar.
At, eşşək, kenquru əti və mənşəyi bilinməyən qida məhsullarının satılması hər kəsi məyus edir. Əgər ölkədə işsizlik problemi həll olunarsa, təqaüdçülərin, bütün kateqoriyadan olan əlillərin pensiyaları normal dolanışığa uyğun hesablanarsa, rüşvətxorluğun kökü kəsilərsə, əhalinin sələmçi banklardan dollar borcunda güzəşt edilərsə, insanların sağlamlığı da bərpa oluna bilər. Əsəb insanı qocaldır. Çalışaq əsəbiləşməyək.
Cəza növləri xəstəni özəl və dövlət klinikalarına göndərərək, əməliyyat edən həkimlərə də aid edilməlidir.
Əməliyyatdan uğurla çıxmayan xəstə dünyasını dəyişsə də, çəkilən xərc qanunla geri qaytarılmalıdır.
Hörmətli millət vəkilləri!
Görün! Qanunlarımızda nə qədər boşluqlar var.
Rauf İlyasoğlu

 

 

 

скачать dle 12.1

OXŞAR XƏBƏRLƏR

Şərhlər

XƏBƏR LENTİ