SON DƏQİQƏ
» » Lirənin dəyərdən düşməsi Azərbaycandan yan ötməyəcək.

Lirənin dəyərdən düşməsi Azərbaycandan yan ötməyəcək.

Tarix:

24-05-2018, 10:09

/ 10 346 dəfə oxundu.
Lirənin dəyərdən düşməsi Azərbaycandan yan ötməyəcək.

Türkiyədə prezident seçkiləri yaxınlaşdıqca, ölkənin milli valyutası olan lirə daha çox dəyər itirir. Siyasi dairələrdəki hərarət Türkiyə iqtisadiyyatının müasir durumunu çətinləşdirib. 

Gunaz.az xəbər verir ki, bunu iqtisadçı Qubad İbadoğlu deyib.

Ekspert qeyd edib ki, son günlər lirənin ABŞ dollarına nəzərən dəyər itirməsi Türkiyə mənşəli qiymətli kağızlara və borc öhdəliklərinə də təsirsiz ötüşməyib:

“Hazırda 1 dollar 4,84 lirə səviyyəsində qərarlaşıb, amma bu, hələ son deyil. Bu gedişlə lirə iyunun 24-də keçiriləcək seçkilərədək təzyiq altında olacaq. Bu dövr ərzində lirənin dəyər itirməsi Azərbaycana da təsirsiz ötüşməyəcək.
Türkiyə idxalda Azərbaycanın başlıca tərəfdaş ölkəsidir. Deməli, onsuz da artan idxal bu səbədən daha da çoxalacaq və Azərbaycandan bu ölkəyə valyuta axınını sürətləndirəcək. Bununla yanaşı Türkiyədə Azərbaycan mənşəli əmlak və sərmayələr də dəyər itirə bilər.

Bu günlərdə ABŞ-ın İran vətəndaşı olan 5 nəfəri ünvanlı sanksiya siyahısına salması, son günlər sabitləşən İran milli valyutasının dəyərsizləşməsini sürətləndirəcək. Əgər mövcud proseslər Rusiyada da müşahidə olunarsa onda əsas ticarət tərəfdaşları olan ölkələrdən Azərbaycana idxalın artımı fonunda manata kənar təzyiqlər də çoxalacaq.

Belə təsirlər həmçinin həmin ölkələrə ixracatın həcminin aşağı düşməsini də şərtləndirəcək.

Odur ki, Mərkəzi Bank və Gömrük Komitəsi Azərbaycanın idxalda əsas ticarət tərəfdaşı olan ölkələrdə son günlər müşahidə olunanlara adekvat munasibət bildirməli və preventiv tədbirlər vasitəsilə real effektiv məzənnənin təsirlərini tənzimləməlidir”.

скачать dle 12.1

Şərhlər