SON DƏQİQƏ
» » Gürcü deputat: “Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”

Gürcü deputat: “Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”

Tarix:

18-12-2017, 17:43

/ 1 318 dəfə oxundu.
Gürcü deputat: “Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”

“Azərbaycan Gürcüstanı problemsiz olaraq təbii qazla təmin edir”.
Gunaz.az xəbər verir ki, Bunu Gürcüstan parlamentinin Ətraf mühitin mühafizəsi və təbii sərvətlər üzrə komitəsi sədrinin birinci müavini Zaza Xutsişvili Tbilisidə keçirilən GUAM PA-nın 10-cu sessiyasında deyib.
O bildirib ki, Azərbaycan Gürcüstanın dostu və etibarlı tərəfdaşıdır: “Gürcüstanda istehlak olunan təbii qazın böyük hissəsini Azərbaycan təmin edir. Qış aylarında təbii qaza tələbat artdığından Gürcüstan hökuməti yeraltı qaz anbarının inşası barədə qərar qəbul edib. Anbarın tikintisindən sonra Gürcüstanın təbii qazla təminatı ilə bağlı problemi olmayacaq”.
Z. Xutsişvili SOCAR şirkətinin Gürcüstanın region və kəndlərinin təbii qazla təminatında oynadığı rolu yüksək qiymətləndirib.(apa)
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ