SON DƏQİQƏ

“Azəriqaz” qış rejiminə nə vaxt keçir?

Tarix:

10-11-2017, 13:40

/ 1 121 dəfə oxundu.
“Azəriqaz” qış rejiminə nə vaxt keçir?

“Azəriqaz” İstehsalat Birliyində qış rejiminə keçid şərti xarakter daşıyır.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev deyib.

“İlin bütün fəsillərində istehlakçılarımız təbii qazla təmin olunur. Noyabr ayının 15-dən “Azəristiliktəchizat” tərəfindən müraciət daxil olduqca, qazanxanalara təbii qazın verilişi tərəfimizdən təmin olunacaq. Havalar soyuduqca və təbii qaza tələbat artdıqca, qazın verilişi də tərəfimizdən artırılır", - İbrahim Kərbalayev bildirib.

Qeyd edək ki, hər il bir sıra kommunal qurumlar noyabrın 15-dən qış rejiminə keçir. Ötən il isə "Azəriqaz" qış rejiminə noyabrın 1-dən keçmişdi.

Gunaz.az

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ