SON DƏQİQƏ
» » Qazın qiyməti bahalaşacaq? - “Azəriqaz"dan açıqlama

Qazın qiyməti bahalaşacaq? - “Azəriqaz"dan açıqlama

Tarix:

7-11-2017, 15:23

/ 1 406 dəfə oxundu.
Qazın qiyməti bahalaşacaq? - “Azəriqaz"dan açıqlama

Bu gün Milli Məclisdə 2018-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov gələn il su və işığın qiymətinin artmayacağını bildirib.

Nazir deyib ki, taariflərin artımı birbaşa əhalinin maddi güzəranına təsir edir. Maliyyə naziri su və işığın qiymətindan danışsa da, mavi yanacağın qiyməti barədə bir söz deməyib.

Bəs qazın tarifi ilə bağlı dəyişiklik olacaqmı?

“Azəriqaz" İstehsalat Birliyinin mətbuat katibi İbrahim Kərbalayev Gunaz.az-a bildirib ki, mavi yanacağın qiymətinin artımı ilə bağlı Tarif Şurasına müraciət olunmayıb. Onun sözlərinə görə, qiymət artımı hazırda gündəmdə yoxdur.
скачать dle 12.1

Şərhlər