Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin (İH) növbəti iclası keçirilib.
Mərkəzi Bankdan verilən məlumata görə, iclasda uçot dərəcəsinin 15%, faiz dəhlizinin aşağı və yuxarı hədlərinin isə müvafiq olaraq 10% və 18% səviyyəsində saxlanılması barədə qərar qəbul edilib.
Məlumatda qeyd olunur ki, qeyri-monetar amillər, o cümlədən il ərzində bəzi ərzaq məhsulları üzrə dünya qiymətlərinin yüksəlməsi ümumi inflyasiyaya təsir edib.
Qiymət stabilliyi üzrə orta və uzun müddətli amillərin təhlili pul siyasətində korreksiyanın zəruri olmadığını göstərir.
Ümumilikdə, illik inflyasiya səviyyəsi sabitləşsə də inflyasiya üzərində orta və uzunmüddətli risklər qalır.
Mərkəzi Bankın İdarə Heyətində faiz dəhlizinin parametrləri növbəti dəfə fevralın 15-də müzakirə ediləcək.
Gunaz.az