SON DƏQİQƏ
» » Vüqar Bayramov: “Dizelin bahalaşması arzuolunan deyil”

Vüqar Bayramov: “Dizelin bahalaşması arzuolunan deyil”

Tarix:

14-11-2017, 11:38

/ 1 411 dəfə oxundu.
Vüqar Bayramov: “Dizelin bahalaşması arzuolunan deyil”

""Azpetrol" şirkətinin benzin və dizelin qiyməti ilə bağlı proqnoz verməsi nə qədər təəccüblü görünsə də, yanacağın, xüsusən də dizelin bahalaşmasının müzakirəsi arzuolunan deyil". "Olaylar" xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Ekspert bildirib ki, dizel yanacağının qiyməti kənd təsərrüfatı daxil olmaqla əksər sektorlarda xərci müəyyənləşdirən əsas faktorlardandır: "Bu baxımdan, dizelin qiyməti yüksəldiyi halda yalnız aqrar məhsullarda deyil, çox fərqli sahələrdə, o cümlədən nəqliyyatda qiymət artımları müşahidə edilə bilər. Bu, həm daxili bazarda qiymətlərin tənzimlənməsi, həm də qeyri-neft məhsullarının ixracı baxımdan arzuolunan deyil. Buna görə də, yanacaq məhsullarının xərclərinin optimallaşdırılması üçün korporativ idarəetmənin təkmilləşdirilməsi daxil olmaqla xərclərin dövlət tərəfindən birbaşa və dolayı balanslaşdırılması yolu ilə qiymət artımlarına getməməyə ehtiyac var". V.Bayramov qeyd edib ki, istehlak bazarında qiymətlərin tənzimlənməsinin və eləcə də qeyri-neft ixracatının artırılmasının prioritet olduğu bir dövrdə yanacağın qiymətinin artırılmasına ehtiyac hiss edilmir.

Gunaz.az

скачать dle 12.1

Şərhlər