SON DƏQİQƏ

Neft bahalaşması davam edə bilərmi? - Ekspert

Tarix:

18-09-2017, 12:45

/ 1 527 dəfə oxundu.
Neft bahalaşması davam edə bilərmi? - Ekspert

“Brent” markalı neftin bir bareli dünya bazarında 55 dollardan baha satılır.

GUNAZ.az xəbər verir ki, bu sözləri iqtisadçı alim Vüqar Bayramov neftin bahalaşma səbəbləri barədə qeyd edib. Onun sözlərinə görə, neftin bahalaşması gündəlik qlobal hasilatın ötən ay 720 min barrel azalaraq 97.7 milyon barrelə düşməsi və Harvi qasırğası nəticəsində ABŞ-da istehsalın azalması ilə bağlıdır:

“Dolların aparıcı valyutalara nisbətən dəyərsizləşməsi də neftin qiymətinin yüksəlməsinə təsir edən faktorlardan hesab edilir. Qlobal hasilatın azalması daha çox Liviyadakı sosial narazılıq ilə bağlı olsa da, OPEK-in də hasilatın azaltması siyasətini davam etdirməsi müşahidə edilməkdir. Belə ki, OPEK avqust ayında əvvəlki ayla müqayisədə gündəlik hasilatı 30.113 milyon barreldən 30.004 milyon bareldək azaldıb və təşkilat hasilatın azaldılması ilə bağlı gələn ilin martında müddəti bitəcək anlaşmanın zamanını uzatmaq üçün artıq indidən danışıqlara başlayıb”.

V.Bayramov qeyd edib ki, bununla belə, hələlik neftin dünya bazarında kəskin qiymət artımı proqnozlaşdırılmır:

“Hazırda ABŞ-da qasırğanın ziyan vurduğu quyularda neft hasilatı yenidən bərpa edilir. Həftə ərzində Birləşmiş Ştatların əvvəlki hasilatı bərpa edəcəyi gözlənilir. Bu isə o deməkdir ki, son həftələr yüksələn neftin dünya bazar qiymətinin yenidən aşağı düşəcəyi daha çox ehtimal olunandır. Neftin bir barrelinin qiymətinin 50 dollar intervalında dəyişməsinin OPEK üçün də məqbul olduğunu nəzərə alsaq, şirkətlər indi kəskin qiymət artımları deyil, mövcud qiymət səviyyəsini qorumaqda daha maraqlıdırlar”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ