SON DƏQİQƏ

Çin avtomobilləri ucuzlaşıb VİDEO

Tarix:

13-10-2025, 08:57

/ 3 164 dəfə oxundu.
Çin avtomobilləri ucuzlaşıb VİDEO

Azərbaycanda Çin istehsalı olan bəzi avtomobillərin qiyməti ucuzlaşıb.
GunAz.az-ın məlumatına görə, ötən il 2024-cü ilin 0 kilometr avtomobilinin satış qiyməti bu il 2025-ci il istehsalı eyni model, eyni komplektasiyanın qiymətindən 1000-2000 manat çox idi. Yəni, il keçdikcə modelin buraxılış ili yeni olsa da, qiymət enir. Satıcıların sözlərinə görə, qiymətlərin bu qədər fərqli olmasının bir çox səbəbi var. Əsas amillərdən biri Çin bazarında modellərin müxtəlifliyidir.
Satıcılar bildirirlər ki, avtomobillərin modelindən asılı olaraq 200 dollardan 1000 dollara qədər qiymətlərdə fərq var. Seqmentləri fərqli olan avtomobillərdə bu göstəricilər də fərqli olur. Bəzi modellərdə isə qiymət 3500-4000 manat yaxın aşağıdır.
Satıcılar onu da əlavə etdilər ki, avtomobillərin Çindən Azərbaycana gətirilməsində mövsümə uyğun qiymətlər dəyişdiyinə görə də bazarda qiymət müxtəlifliyi mövcud olur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 
скачать dle 12.1

Şərhlər