SON DƏQİQƏ

"Beşiktaş"a ağır məğlubiyyət-NƏTİCƏLƏR

Tarix:

8-12-2021, 08:00

/ 1 282 dəfə oxundu.
"Beşiktaş"a ağır məğlubiyyət-NƏTİCƏLƏR

UEFA Çempionar Liqasının qrup mərhələsində sonuncu - VI tura start verilib.

İlk oyun günündə ilk görüş artıq başa çatıb.

A qrupunda PSJ Fransada Belçika "Brügge"sini darmadağın edib - 4:1. Bu qrupun digər matçında isə "Mançester Siti" səfərdə Almaniya təmsilçisi "Leyptsiq"lə qarşılaşıb. Görüş meydan sahiblərinin 2-1 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticələrdən sonra "Leyptsiq" Avropa Liqasının pley-offuna vəsiqə əldə edib.

Qeyd edək ki, daha öncə "Mançester Siti" və PSJ ilə yanaşı, İngiltərənin "Liverpul", "Mançester Yunayted" və "Çelsi", Niderlandın "Ayaks", Portuqaliyanın "Sportinq", İspaniyanın "Real Madrid", Almaniyanın "Bavariya", İtaliyanın "İnter" və "Yuventus" klubları da 1/8 finala yüksəlib.

***

UEFA Çempionlar Liqasının qrup mərhələsində sonuncu - VI turun daha 6 oyunu keçirilib.

Günün 6 matçının nəticələri aşağıdakı kimidir:

"Milan" (İtaliya) - "Liverpul" (İngiltərə) - 1:2

"Portu" (Portuqaliya) - "Atletiko" (Madrid, İspaniya) - 1:3

"Borussiya" (Dortmund, Almaniya) - "Beşiktaş" (Türkiyə) - 5:0

"Ayaks" (Niderland) - "Sportinq" (Portuqaliya) - 4:2

"Real Madrid" (İspaniya) - "İnter" (İtaliya) - 2:0

"Şaxtyor" (Donetsk, Ukrayna) - "Şerif" (Moldova) - 1:1

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ