SON DƏQİQƏ

Rusiyada "black friday" başladı

Tarix:

25-11-2021, 08:02

/ 1 186 dəfə oxundu.
Rusiyada "black friday" başladı

Rusiyada pərakəndə satış şirkətləri ilin ən böyük satışlarından biri - "Qara cümə 2021" həftəsinə başlayıb.

Bu barədə "RİA Novosti" ticarət şirkətlərinə istinadla məlumat yayıb.

Qeyd edək ki, "Qara cümə" anlayışı 1932-ci ildə ABŞ-da yaranıb və bir neçə il sonra bütün dünyada məşhurlaşıb. Belə ki, ABŞ-da hər il noyabr ayının dördüncü cümə günü milad alış-veriş mövsümünün başlanğıcı kimi qəbul olunur.

"Qara cümə”ni önəmli edən əsas məqam məhz bu tarixdə mağazalarda əksər məhsullara böyük endirimlərin tətbiq edilməsidir. Bu məhsullar sırasında xüsusi diqqət çəkən bahalı mallara edilən endirimlərdir ki, bu da insanlara adi günlərdə ala bilmədikləri məhsulları daha ucuz qiymətə almağa imkan verir.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ