SON DƏQİQƏ

Mayda bayramlarla əlaqədar 4 gün İŞ OLMAYACAQ

Tarix:

5-04-2021, 15:26

/ 2 819 dəfə oxundu.
Mayda bayramlarla əlaqədar 4 gün İŞ OLMAYACAQ

May ayında qeyri-iş günlərinin sayı məlum olub.

GünAz.az-ın məlumatına görə, bu il 9 May – Faşizm üzərində qələbə günü bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, iş və istirahət günlərinin yeri dəyişdiriləcək, 10 may qeyri-iş günü olacaq.

 

Nazirlər Kabinetinin 3 dekabr 2020-ci il qərarına əsasən, bu il 13 may (cümə axşamı) və 14 may (cümə) isə Ramazan bayramıdır. Həmin günlər də qeyri-iş günüdür.

Eyni zamanda 28 May – Respublika günü də iş günü hesab edilməyən bayram günüdür. Bu il mayın 28-i cümə gününə təsadüf edir.

Beləliklə, may ayında bayramlarla əlaqədar 4 gün iş olmayacaq.

скачать dle 12.1

Şərhlər