SON DƏQİQƏ
» » «İnanılmaz adam» yeni döyüşünə hazırlaşır-FOTO

«İnanılmaz adam» yeni döyüşünə hazırlaşır-FOTO

Tarix:

24-06-2021, 18:56

/ 4 112 dəfə oxundu.
«İnanılmaz adam» yeni döyüşünə hazırlaşır-FOTO

Türkiyədəki qürurumuz, Kink-boks üzrə çempionumuz «İnanılmaz adam» ləqəbli Yusif Məmmədov yeni döyüşünə hazırlaşır. O, bu dəfə iranlı rəqibə qarşı döyüşəcək.

Yusiflə telefon danışığımız zamanı o, bu döyüşü Türkün mənfur düşməni ermənilər üzərində qələbə qazanan şanlı Azərbaycan ordusuna həsr edəcəyini və elə bu səbəbdən də qələbə qazanmaq üçün xüsusi hazırlaşdığını bildirdi.

Qeyd edək ki, Yusif Məmmədov keçirdiyi 28 döyüşün 24-də qələbə qazanıb. 13 döyüşdə rəqiblərini nokaut edib və sadəcə 4 dəfə məğlub olub. Hər döyüşündə Azərbaycan və Türkiyə bayrağını birlikdə dalğalandıran idmançımızın bu dəfə də qələbə qazanaraq bu iki bayrağı yenidən dalğalandıracağına inam böyükdür.

Xatırladaq ki, Yusif Məmmədov 1999-cu ildə Naxçıvan MR-da anadan olub. 4 yaşında ailəsilə birlikdə Türkiyənin İstanbul şəhərinə köçüblər və 18 ildir ki, orada yaşayır. O, 2010-cu ildən idmanın Kinq-boks növü ilə məşğul olmağa başlayıb.

Döyüşçümüz telefon söhbətində dedi: «Peşəkar rinqdə döyüşə başlamamışdan öncə küçələrdə çox döyüşürdüm və gücümün boşa getdiyini hiss edirdim. Televizorda tanınmış döyüşçüləri izləyirdim və onlar kimi olmağa qərar verdim. Onlar kimi də oldum. Allahın izni ilə onlardan da yaxşı olacam. Bir çox oyunlara çıxdım, professional oyunlara. Rəqiblərimin yaşı böyük idi, məndən çox güclü idilər. Mənim onlardan fərqliliyim var. Onlar bacarıqlı, mən isə heç kimdən qorxmuram. Mübarizə aparmağı çox sevirəm. Yoluma çox daş çıxdı, amma mən yenə hər çətinliyə sinə gərdim. Və bu nailiyyətləri əldə etdim».
Sonda qəhrəmanımız gənclərə tövsiyəsini də çatdırdı: «Mənim gənclərə tövsiyəm budur ki, onların qarşılarına çox maneələr, daşlar çıxacaq. Çünki hər kəsin problemləri var, əsas o problemləri yox etməkdi. Onlar hər zaman mübariz olmağı bacarmalıdır».

Bizə qalır həmyerlimizə uğurlar arzulamaq. Ona qarşıdakı mübariz həyatında uğurlar arzulayırıq!

Vəli ƏDİBOĞLU

«İnanılmaz adam» yeni döyüşünə hazırlaşır-FOTO

 


 

скачать dle 12.1

Şərhlər